Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
11:52
700 bal toplayanlar üçün ikinci ixtisas ödənişsiz olacaq

2018/2019-cu tədris ilindən UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr proqrama ödənişsiz qoşula biləcəklər. 600-dən yüksək bal toplayan abituriyentlər üçün də UDİD proqramında inanılmaz fürsət yaradılıb. Belə ki, 600 və daha yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlərə UDİD proqramı üzrə təhsil haqqında 50 faiz güzəşt tətbiq olunacaq.

UDİD proqramının məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək, bakalavriat səviyyəsində qəbul olunduğu ixtisaslarda müvəffəqiyyətlə təhsil alan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almaqla, rəqabətədavamlı mütəxəssis kimi hazırlanmasıdır. UDİD proqramına qoşulan tələbələr 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.

İlkin mərhələdə UDİD proqramı "maliyyə", "mühasibat uçotu və audit" və "marketinq" ixtisasları üzrə açılıb.

Qeyd edək ki, UNEC-ə 600 və daha yüksək bal toplayaraq qəbul olunan tələbələr universitetin xüsusi təqaüdünü də qazanırlar. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : 700 bal toplayanlar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-11-2018 23:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com