Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
11:17
XİN rəhbərlərinin görüş vaxtı məlum oldu

Azərbaycan XİN Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşlə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endrü Sxofer - ABŞ) vasitəçiliyi ilə 11 iyul tarixində Brüsseldə görüşəcək: “Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq”.

Məqalədə : Azərbaycan XİN 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 20:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com