Yolların rənglənməsi ilə bağlı bu yollar bağlanır

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
11:10
1605
Yolların rənglənməsi ilə bağlı bu yollar bağlanır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən “Saray postu”na kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Faktxeber.com-un Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, rənglənmə işləri axşam saatlarına qədəryekunlaşdırılacaq.

Anoloji işlər bu gün axşam saat 23:00-dan etibarən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi”ndən “Şamaxı yolu” adlanan əraziyə qədər olan hissəsində də aparılacaq. Burda rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.

Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə : Yollar rənglənmə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2018 23:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com