Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
10:39
Əcnəbilərin Azərbaycanda işləməsi rahatlaşdı

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası ala biləcəklər.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, iyulun 6-dan “ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizası da əlavə olunub. Bundan sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası da ala biləcəklər.

Məlumatda bildirilib ki, “ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir. Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəyə əmək vizası ilə daxil olmaları tövsiyə olunur.

Qeyd edək ki, ASAN Viza www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : əmək vizası 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 12:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com