Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
10:16
2067
Britaniyanın `Brexit` naziri istefa verdi

Britaniyanın Avropa İttifaqından çıxma məsələləri üzrə naziri  Devid Devis baş nazir Tereza Meyin "yumşaq brexit" strateqiyası ilə razılaşmayaraq istefa veriblər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə BBC xəbər verib. Bundan başqa onun müavini Stiv Beyker də istefa verib.

Devis hökumət üzvlərinin Çekers rezidensiyasında görüşündən sonra getmək qərarına gəlib. Bir neçə saat davam edən iclasdan sonra Mey Avropa İttifaqı ölkələri ilə inteqrasiya səviyyəsinin  qorunması, həmçinin azad ticarət zonasının yaradılması ilə bağlı nazirlərdən öz kursunda dəstək ala bilmişdi.

Bundan  əvvəl Tereza Mey Londonun Brüssel danışıqları ilə bağlı Böyük Britaniya hökumətinin mövqeyi ilə bağlı rəsmi sənədin dərc olunacağını elan etmişdi. KİV-də yayılan məlumata görə, Britaniyanın baş naziri narazı nazirləri qovacağına da vəd verib. Bəzi  nazirlərin, o cümlədən Meyi açıq şəkildə tənqid edən XİN rəhbəri Boris Consonun özlərinin istefa verəcəyi də istisna olunmayıb.

Xatırladaq ki, 2016-cı ilin yayında  Böyük Britaniyanın  Avropa Birliyindən  çıxması barədə referendum imzalandı. "Brexit" üçün 52 faiz britaniyalı öz dəstəyini ifadə etmişdi. "Brexit"in şərtləri barədə danışıqlar 2017-ci ilin iyun ayından başlayıb. Formal çıxış 2019-cu ilin martın 29-na təyin olunub.

Məqalədə : Brexit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
234

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
113

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
134

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
164

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
201

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
149
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 22:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru