Baş nazir Fazil Məmmədov haqda qərar imzalayıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyul

2018
16:00
2883
Baş nazir Fazil Məmmədov haqda qərar imzalayıb

Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarda dəyişikliklər edib.

Bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Sənədə əsasən, keçmiş vergilər naziri Fazil Məmmədov iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə komissiyanın tərkibindən çıxarılıb. Vergilər naziri Mikayıl Cabbarov komissiya üzvü kimi təsdiqlənib. 

Eyni zamanda “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 11-ci hissəsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi” sözləri “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilib. 

Məqalədə : Fazil Məmmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2018 23:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com