Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyul

2018
12:06
2975
Şirvan şəhəri susuz qalıb

Şirvan şəhərinin su təchizatında problem yaranıb. Suyun təzyiqinin aşağı olması səbəbindən şəhərin bəzi hissələrinə su verilmir.

2 aydan çoxdur ki, şəhərin əksər ərazisində su fasilələrlə verilir. Artıq 10 gündür bəzi yerlərdə ümumiyyətlə suyun verilməsi dayandırılıb. Bu isə sakinlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, havaların kəskin isti keçməsi ilə əlaqədar əhalinin suya olan tələbatı artıb: "Suyun olmaması həm gigiyenik baxımdan, həm də içməli su təchizatı baxımından narahatlıq yaradır. Eyni zamanda, yaşıllıqların məhv olmasına səbəb olur".

“Azərsu” MMC-nin Şirvan su kanal idarəsindən isə bildiriblər ki, suyun təzyiqi aşağı olduğundan əhalinin  su ilə təchizatında problemlər yaranıb.

Xatırladaq ki, Şirvan şəhəri mənbəyini Kür su kəmərləri sistemindən götürən uzunluğu 107 km olan Şirvan-Muğan qrup su kəmərinə qoşulub.

Məqalədə : Şirvan şəhəri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

20

May
11:06
HÜQUQ,HADİSƏ
1059

Tovuzda 5 nəfər qidadan zəhərlənib

20

May
10:52
HÜQUQ,HADİSƏ
48

Bakıda DƏHŞƏTLİ QƏTLLƏR

20

May
10:07
HÜQUQ,HADİSƏ
125

Azərbaycan nefti ucuzlaşıb

20

May
09:59
İQTİSADİYYAT
58

DİM bakalavrlara müraciət edib

20

May
09:55
ELM / TƏHSİL
56
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 12:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru