Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyul

2018
11:37
Kiçik yerlərdə hələ də tüstülənmə qalır - RƏSMİ

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində alov söndürülüb.

Bu barədə Faktxeber.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Ərazidə ayrı-ayrı kiçik yerlərdə hələ də müşahidə olunan tüstülənmə hallarının qarşısını tam almaq məqsədi ilə müvafiq işlər davam etdirilir. Ərazini bir neçə gün ərzində nəzarətdə saxlamaq məqsədi ilə ETSN əməkdaşları tərəfindən növbətçilik təşkil edilib.

Qeyd edək ki, iyulun 5-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və texnikası cəlb olunub, eləcə də yerli icra hakimiyyəti nümayəndələri və rayon sakininləri yaxından köməklik göstərib.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 08:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com