Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyul

2018
11:03
Düşmənə qarşı mübarizə qaynağı
Əgər cəmiyyətdə dini-ilahi təlimlər düzgün təbliğ olunsa, peyğəmbərlərimizin gətirdiyi din olduğu kimi insanlara çatdırılsa bir çox problemlər həllini tapar

Hacı İlham Əliyev / AİP-in sədr əvəzi

25 ildən artıqdır ki, torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Şübhəsiz ki, ərazi bütövlüyümüzün bərpası üçün güclü ordu və onu şərtləndirən digər amillərlə yanaşı ayrı-ayrılıqda hər bir fərddə yüksək səviyyəli vətən sevgisi, vətənpərvərlik hissi olmalıdır. Bəs gənclərimizdə, ümumiyyətlə vətəndaşlarda belə bir ruhiyyənin yaranması və güclənməsində milli-mənəvi, əxlaqi, İslami dəyərlərin rolu nədən ibarətdir? 

Əvvəla, milli-mənəvi dəyər anlayışı özündə böyük bir mənanı ehtiva edir. Mənəvi dəyər dedikdə, əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi  dəyərlər sistemi nəzərdə tutulur. Təbii ki, hər bir xalqın varlığı, onun milli kimliyi ilk növbədə onun milli-mənəvi dəyərlərində ehtiva və əks olunur. Bu həqiqətdir ki, bir toplumun varlığının qorunub saxlanması üçün hər şeydən öncə bu dəyərlərin qorunması lazımdır. Hansı xalq qloballaşma dövründə milli dəyərlərə edilən təcavüzə qarşı özünün milli-ideoloji cəbhəsini qura bilibsə və onu qorumağı bacarıbsa, çətinliklərdən qalib çıxmağı da bacarıb. Bu isə insanı başqa yaranmışlardan fərqləndirən cəhətdir. Ümumiyyətlə, insanları digər varlıqlardan fərqləndirən bir neçə xüsusiyyət var. Onlara nəzər yetirək.

1) Təmayül və istəklər. İnsan digər varlıqlardan fərqli olaraq iki əsas istiqamətə - maddiyyat və mənəviyyata təmayüllüdür. Maddi təmayül onun cismani istəklərini təmin etmək istiqamətindədir. Bu, yemək, içmək, yatmaq, istirahət etmək, əks cinsə meylli olmaq kimi istəklərdir. Mənəvi təmayül isə onun mənəviyyat və insani xüsusiyyətlərinə aid olan təmayüllərdir. Məsələn, həqiqət axtarışında olmaq, ədalət, azadlıq, xeyirxahlıq, gözəllik, bütün əməllərində Allahı yada salmaq, Onu daim başının üzərində hiss etmək və sair.

2) İstedad və bacarıqlar. Sirr deyil ki, insan maddi və cismani baxımdan yaradılan gündən bir çox maddi istəklər də onunla birlikdə mövcud olub. Amma mənəvi və insani baxımdan yalnız istedad və qabiliyyət həddindədir. 

Xatırladaq ki, insаn hər şеydən əvvəl biоlоji vаrlıqdır. O, fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə çevrilir. Şəхsiyyət – yüksək düşüncəsi, öz hərəkət və dаvrаnışlаrı üçün məsuliyyət hissini, şəхsi ləyаqətini və bаşqа yüksək mənəvi kеyfiyyətləri özündə birləşdirən insаndır. Şəхsiyyətin fоrmаlаşmаsı dеdikdə, hər şеydən əvvəl, təbii, biоlоji və аnаdаngəlmə аmillərlə хаrici, yəni tərbiyənin, təlimin və sоsiаl mühitin qаrşılıqlı təsiri nəticəsində bаş vеrən inkişаf prоsеsi nəzərdə tutulur. Lаkin məlumdur ki, insаn biоlоji, təbii quruluşа mаlik оlsа dа о, tariхi, ictimai inkişаfın məhsuludur. Məhz bu səbəblərdən təlim-tərbiyə insanın daxilində olan bu istedadların üzə çıxmasına xidmət edir.

3) Ağıl və iradə. İnsanın varlığında ağıl məfhumu vardır ki, onun sayəsində ən müxtəlif hadisələri təhlil edərək, nəyin haqq və nəyin batil olduğunu anlayır. Haqqı batildən, düzü nadürüstdən ayırd edərək, düzgün seçim istedadına malik olur. 

4) İnsanı digər məxluqatlardan fərqləndirən cəhətlərdən biri də odur ki, öz nəfsani və maddi istəklərinin qarşısında müqavimət göstərmək, şüurlu surətdə öz iradəsinə əsaslanaraq əks istiqamətdə hərəkət etmək iqtidarındadır. Əql və iradənin nəfsani istəklərə qarşı mübarizəsi üçün insanın bu istəklərin hüdudlarını düzgün tanıması lazımdır. İnsan hansı əməlin nəfsani, hansının mənəvi-insani olduğunu, nəyin dəyər və nəyin dəyərə zidd olduğunu dürüst anlamalıdır. Burada insanın dinə, vəhyə olan ehtiyacı qabarıq surətdə özünü göstərir. Yalnız din və vəhy vasitəsilə insan maddi-nəfsani istəklə, mənəvi-insani istəkləri bir-birindən ayırd edə bilər. Din həqiqi dəyərləri insan üçün düzgün tərif edir. 

Dəyər bir növ cəmiyyətin iki əsas təməli üzərində qurulur. Biri qanun, digəri isə ədalət, bərabərlik, azadlıq və sair kimi mənəvi-əxlaqi keyfiyyətlərdir. Bu iki əsas təməl prinsiplərinə o zaman əməl olunaraq öz aliliyini qoruya bilir ki, cəmiyyət arasında özünəməxsus nüfuza, hörmətə malik olsun, insanlar onları sevərək arxasınca getsin. Əks halda qanun da, əxlaqi dəyərlər də formal xarakter daşıyacaq. Bütün hər yerdə olduğu kimi, burda da din insanların köməyinə gəlir, bütövlükdə cəmiyyəti düzgün istiqamətə yönəldir, nicat yolu göstərir. Çünki yalnız din qanunu və əxlaqi dəyərləri insanların nəzərində qiymətləndirir və müqəddəsləşdirir ki, hamı ona bu gözlə baxıb əməl etsin. Bu baxımdan əgər cəmiyyətdə dini-İlahi təlimlər düzgün təbliğ olunsa, peyğəmbərlərimizin gətirdiyi din olduğu kimi insanlara çatdırılsa bir çox problemlər həllini tapar, gənclər arasında vətənpərvərlik ruhiyyəsi yüksələr. Həqiqi dəyərlər öz yerini itirməsə insanlar öz vətəni, torpağı, müqəddəs amalı uğrunda şəhid olmağı həlak olmaq kimi qiymətləndirməyəcək, əksinə, ən böyük dəyərlərə sahib çıxacağını başa düşüb dərk edəcək. Bax bu halda torpaqlarımız da işğaldan azad edilə bilər. İmam Hüseyn (ə) məktəbi də bunun bariz nümunəsidir. Belə ki,  Kərbəla hadisəsi dünyada analoqu olmayan inam və birliyin əməli vəhdəti, sədaqət və iradə qaynağı kimi nəsillərin yaddaşına əbədi həkk olunan şəhidlik məktəbidir, dünya müsəlmanlarının qan yaddaşıdır. 

İmam Hüseyn (ə) məktəbi ilahi eşq, sevgi bəxş etdiyi kimi, haqsızlığa, ədalətsizliyə qarşı barışmaz olmağı da sərgiləmişdir. Bu məktəb Qarabağ boyda dərdi olan bizlərin işğal olunmuş torpaqlarımıza sahib çıxmaq baxımından bir müsəlman, ərazi bütövlüyünü can bahasına belə bərpa etmək istəyən bir azərbaycanlı kimi hamımız üçün ibrət, mübarizə qaynağıdır. Odur ki, milli-mənəvi dəyərlərimizi gənclərə təlqin etmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Bundan başqa, milli-mənəvi dəyərlərimiz dərindən təhlil edilib araşdırılmalı və bu istiqamətdə əsaslı tədbirlər görülməlidir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 03:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com