Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2018
14:40
Azərbaycan İlahiyyat İnstitutu abituriyentlər və valideynlər üçün açıq qapı günləri elan edib

Açıq qapı günləri Azərbaycan İlahiyyat İnstitutunun önəmi və hədəfləri haqqında abituriyent və valideynləri məlumatlandırmaq, institutda təhsilin üstünlükləri,  tədrisin təşkili, tələbələrə təklif olunan beynəlxalq təcrübə, tələbə mübadilə proqramları, eləcə də İnstitutun islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə gələcək məzunlarının iş imkanları haqqında ətraflı məlumat vermək məqsədi ilə  təşkil olunub.

İnstitutdan FaktXəbər-ə verilən məlumata görə, açıq qapı günlərində institutun rəhbər və müəllim kollektivi ilə tanışlıq, institutun gələcək fəaliyyəti və əsas istiqamətləri haqqında məlumat verən broşuraların paylanılması nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, instituta qəbulla bağlı qaynar xətt yaradılıb: (+99412) 510 65 45 (daxili:123)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İlahiyyat İnstitutu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 02:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com