Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2018
14:06
Təhsil Nazirliyi 6 yaşı tamam olmayan uşaqlarla bağlı açıqlama yaydı

"Ötən gün dövlət başçısının sərəncamı ilə qəbul edilən "Təhsil haqqında" qanun bütün pillə və səviyyələri əhatə edib".

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, qanunda yer alan əsas dəyişikliklərdən biri ilin sonunadək (dekabrın 31-dək) 6 yaşı tamam olan uşaqların da məktəblərə qəbul olmasıdır: "Lakin yalnız valideyn istədikdə övladı 6 yaşı tamam olmadan 1-ci sinfə qəbul edilə biləcək. Ona görə də bu proses kütləvi xarakter daşımayacaq. Bu tədris ilindən mövcud qaydalar tətbiq ediləcək".

F.Qədirov vurğulayıb ki, respublika fənn olimpiadalarının qalibləri də istiqamətləri üzrə universitetlərə müsabiqədənkənar qəbul edilə biləcək: "Artıq bunun üçün ölkədə hüquqi baza yaradılıb".

Qeyd edək ki, əvvəlki qanunvericiliyə əsasən, uşaqların 1-ci sinfə qəbulu sentyabrın 15-dək 6 yaşı tamam olan zaman aparılırdı. Sentyabrın 15-dən dekabrın 31-nə kimi 6 yaşı tamam olan uşaqların 1-ci sinfə qəbulu isə müsabiqə formasında həyata keçirilirdi.(report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : aparat rəhbəri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 00:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com