Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2018
12:30
ABŞ və AB-nin ticari müharibəsində Azərbaycanın yeri

Rusiya və Cənubi Qafqaz  Avropa Birliyi və ABŞ-ın  ticarət müharibəsi fonunda  yeni vəziyyətlə üzləşiblər,onlard bundan öz maraqları üçün istifadə etməlidirlər. FaktXeber.com-un məlumatına görə bu barədə  Yeni Dövlətlərin Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov Sputnik Azərbaycan-a bildirib.

AFR kansleri Angela Merkel  bir gün əvvəl  Avropa Birliyi və ABŞ arasında ehtimal olunan ticari müharibə barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə bu Vaşintonla  ticari rüsumlarla bağlı münaqişənin ağırlaşması ilə əlaqədar həyata keçə bilər.

Martınovun sözlərinə görə, Merkelin danışdığı  ticari-iqtisadi müharibə artıq başlayıb. Bir tərəfdən bu ABŞ prezidenti Donald Trampın sanksiyaları, Avropa mallarına rüsum formasında sərt proteksionist tədbirlərdir. Digjər tərəfdən isə – uzun fasilədən sonra Avropa Birliyinin də təqribən  eyni parametrlərdə (bir sıra Amerika mallarına 20 faiz rüsum) cavab tədbirləridir.

Bu isə ekspertin fikrincə, özü-özlüyündə onu göstərir ki, bu ticari müharibə artıq başlayıb və fəaliyyətdədir. Və bu gün Merkelin ritorik təsdiqi ölkə daxilində getdikcə daxili siyasi böhranın artdığı Almaniyada hər şey yolunda deyil.

Ekspert  ABŞ və AB arasında ticari müharibənin Rusiya və Cənubi Qafqaza təsirlərindən danışarkən bildirib ki, bu, birbaşa deyil, dolayı yolla olacaq.

Martınov  bəyan edib ki, hazırda Avrasiya İqtisadi Birliyinə üzvlükdən ehtiyatla  Azərbaycandan olan ekspertlər də danışmağa başlayıb. Bu, çox pozitiv andır. Ermənistanın da bu birliyin üzvü olduğunu nəzərə alsaq, iqtisadi yolla problemləri, məsələləri və qarşıdurmaları həll etmək imkanı yaranır.

«Biz əlbəttə, qabağa qaçırıq, lakin belə ehtiyatlı optimiz zərər verməz», - deyə ekspert bildirib və əlavə edib ki, ticari müharibənin Rusiya və Cənubi Qafqaz üçün yaxşı, yaxud pis olacağını düşünmür.  Onun sözloərinə görə, bu yeni bir reallıqdır və yeni vəztiyyətdə öz mənfəətini axtarmaq, öz maraqların, geosiyasi, geostrateji hədəflərin üçün istifadə etmək lazımdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ticari müharibə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 00:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com