Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2018
11:19
Məleykə Abbaszadə Tovuzda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tovuz rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən verilən məlumata görə, Tovuz rayonunda keçiriləcək qəbulda Tovuz, Şəmkir, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. 

Qəbul iyul ayının 12-də, saat 11:00-da Tovuz rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşları DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə  (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəmkir Regional Bölməsinə (Ünvan: Şəmkir, Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”) müraciət edə bilərlər (əlaqə tel: +99451 566 41 73).

Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün Şəmkir, Tovuz, Qazax və Ağstafa rayon Təhsil şöbələrində 6 –11 iyulda (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.                                         

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Məqalədə : Mələykə Abbaszadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15442

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14087

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15526

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15119

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20477

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15024

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15139
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 09:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru