- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarının nəticələrini elan edib.
DİM-dən FaktXəbər-ə verilən məlumata görə, imtahanın nəticələri Mərkəzin internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Şagirdlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
IX sinif üzrə imtahanda iştirakı gözlənilən 32795 şagirddən 766 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.
XI sinif üzrə imtahanda iştirakı gözlənilən 24830 şagirddən 692 nəfəri imtahana gəlməyib. 36 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.
Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apelyasiya Komissiyasına 6 və 9 iyul tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
15-02-2019 10:06 DİM buraxılış imtahanı keçirəcək
13-02-2019 10:04 Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
10-02-2019 13:49 Sünbülqıran arxeoloqlara xəzinə tapmağa yardım edib
07-02-2019 12:45 DİM qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəc
05-02-2019 11:20 DİM-dən “Şəxsi kabinet” yaradanlara MƏLUMAT
01-02-2019 16:40 Cənubi Afrikada itmiş meqapolis tapılıb
- 15-02-2019 10:33 Təhsil nazirindən abituriyentlərə və tələbələrə şad xəbər - VİDEO
- 15-02-2019 10:06 DİM buraxılış imtahanı keçirəcək
- 14-02-2019 20:53 Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb
- 14-02-2019 14:25 Bakalavriat səviyyəsi üzrə 70-ə yaxın ixtisas birləşdirilib və ya ləğv edilib
- 14-02-2019 10:12 Rezidenturaya qəbul elan edilib
- 13-02-2019 16:10 BDU məzunları üçün müsabiqə elan etdi
- 13-02-2019 14:53 Qruplar üzrə ləğv olunan ixtisaslar - SİYAHI
- 13-02-2019 14:50 Məleykə Abbaszadə repetitorları ittiham etdi
- 13-02-2019 10:04 Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
- 12-02-2019 11:42 Dillər Universiteti açıqlama yayıb
- 12-02-2019 10:11 Nazirlik təhsili olmayan şəxslərin bacarıqlarının tanınması üçün layihə hazırlayıb
- 12-02-2019 09:59 Müəllim-şagird nisbətinə dair metodologiya təsdiq edilib
- 12-02-2019 09:18 Bakalavriat üzrə ixtisasların təsnifatı təsdiqlənib - SİYAHI
- 11-02-2019 16:50 Elm dünyasına möhür vuran qadınlar
- 11-02-2019 15:46 Yuxuda xarici dil öyrənməyin üsulu tapılıb
- 11-02-2019 10:29 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb
- 11-02-2019 08:59 Kimlər gənc alim hesab olunacaq? - Yaş dəqiqləşdirildi
- 09-02-2019 11:19 Məktəbdə biabırçı olay: direktorla valideyn saçyolduya çıxdı - VİDEO
- 08-02-2019 16:52 Qazaxda müəllim məktəbdə ölüb
- 08-02-2019 15:54 Ali məktəblərə qəbulun I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək
- 08-02-2019 12:27 1504-dən çox tələbə oxuduğu ali məktəbi və ixtisası dəyişmək istəyir
- 08-02-2019 10:39 Bakı məktəblərində işə qəbul olmaq istəyənlərin qeydiyyatı başa çatıb
- 07-02-2019 15:30 Orta məktəb müəllimləri üçün qiymətləndirmə keçirilir
- 07-02-2019 12:45 DİM qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək
- 07-02-2019 11:40 Tələbələrin köçürülməsi bu gün başa çatır