Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2018
15:14
1497
`Su-57` təyyarəsi `F-35` qırıcısından 2.5 dəfə ucuzdur

Rusiya parlamentinin alt qanadı Dumanın Aviasiya Sənayesi Şurasının üzvü Vladimir Qutenev bəyan edib ki, 5-ci nəsil döyüş təyyarəsi olan "Su-57" ABŞ istehsallı "F-35" və "F-22" qırıcılarından 2,5 dəfə daha ucuz başa gəlir. FaktXəbər bildirir ki, rusiyalı deputat bu barədə "Sputnik"ə müsahibəsində danışıb.

"Heç bir şübhə yoxdur ki, 5-ci nəsil "Su-57" döyüş təyyarəsi "F-35" və "F-22" ilə oxşar xüsusiyyətlərə malik olsa da, bundan 2.5 dəfə ucuz başa gəlir. "Su-57" manevr qabiliyyətibə görə də ABŞ təyyarələrindən üstündür",-deyə Vladimir Qutenev əlavə edib.

Qeyd edək ki, "F-22"nin dəyəri 146.2 milyon dollar, "F-35"-in qiyməti isə kompleks xüsusiyyətlərinə müvafiq olaraq 83-108 milyon dollar arasında dəyişir.

Məqalədə : döyüş təyyarəsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-07-2018 19:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com