Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2018
14:27
İranda nüfuzlu sünni din xadimi öldürülüb

İranın cənub-şərqində yerləşən Sistan-Beluçistan əyalətinə bağlı Xaş şəhərinin sünni din xadimi olan Mövləvi Əbdüşşəkur Tərşabi silahlı hücum nəticəsində həyatını itirib. FaktXəbər bildirir ki, bu barədə "İRNA"ya Xaş şəhər meriyasının müavini Məhəmməd Əhmədi Bolaq məlumat verib.

Məlumata görə, Mövləvi Əbdüşşəkur Tərşabi səhər saatlarında vəhhabi silahlılar tərəfindən sui-qəsdə məruz qalıb.

"Din aliminin öldürülməsinə görə əhali böyük üzüntü keçirir. Mövləvi Əbdüşşəkur Tərşabi akademik və elmi sahədə görkəmli şəxslərdən idi. O, bölgədə İslami birlik və bütövlüyün müdafiəçisi idi",-deyə Məhəmməd Əhmədi Bolaq əlavə edib.

Qeyd edək ki, nüfuzlu din alimi Xaş şəhərinin Tohidiyyə məscidində hücuma məruz qalıb. O, şəhərin sabiq imamcüməsi Mövləvi Əbdüssəttar Tərşabinin övladı idi.

Tərşabinin cənazəsi eyni əyalətə bağlı Zahidan şəhərinin imamcüməsi Əbdülhəmid İsmailzehi və digər rəsmilərin iştirakı ilə Xaş şəhərində torpağa tapşırılacaq.

Məqalədə : İranda 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
228

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
321

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
306
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 08:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru