Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2018
09:53
Fəzail Ağamalı: İcra başçıları niyə mühafizəçi gəzdirməlidir...

Xəbər verdiyimiz kimi,  iyulun 3-ü, axşam saatlarında  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. 

FaktXəbər-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı modern.az-a açıqlamasında Gəncənin icra başçısının və mühafizəçisi Qasım Aşbazovun silahlı hücuma məruz qalmasına münasibət bildirib.

“Gəncədə baş vermiş hadisəyə təəssüf edirəm. Baş vermiş hadisə hüquq-mühafizə  orqanları tərəfindən mütləq araşdırılacaq və məsələnin mahiyyəti ortaya qoyulacaq. Ancaq  bura qədər keçilən yol var. Bu yol olmamalı idi. Məmur vətəndaş münasibətləri bu həddə çatdırılmamalı idi”.

Fəzail Ağamalı baş vermiş olayın fonunda icra başçılarının cangüdənlə gəzməsinə etiraz edib.

“Hətta cinayətkarın özü ilə də elə davranmaq lazımdır ki, cinayətkar belə bu addımı atmasın. Dövlət məmurunun da bacarığı, qabiliyyəti ondadır ki, bu cür hallara yol verməsin. Düzü, buna xüsusi şərh vermək istəməzdim. Hər halda,  məsələnin nəticələri mənim üçün də maraqlıdır ki, nə üçün belə hal baş verib. İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var? İcra başçısı xalqın içində olmalıdır. Əgər icra başçısı mühafizəçi ilə gəzirsə, işdən evə xüsusi polis maşınları ilə müşayiət olunursa, bu, başadüşülən deyil. Düşünürəm ki, burada incə məsələlər var. Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim. Hər halda, hadisənin  nəticələrini gözləyək”.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.

Məqalədə : Fəzail Ağamalı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 21:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com