Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
17:03
Məhkəmə Hafiz Hacıyevin iddiası üzrə Aslan İsmayılovu cərimələyib

Səbail Rayon Məhkəməsində  Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi davam edib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə  qərar elan olunub.

Qərara əsasən, Aslan İsmayılov Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə 1500 manat cərimə olunub, 147.2- ci maddəsi üzrə bəraət verilib.

Həmçinin məhkəmə A. İsmayılov  barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, MMP-nin sədri H.Hacıyev hüquqşünas A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. H. Hacıyev bildirib ki, A.İsmayılov onun şərəf və ləyaqətini alçaldıb, buna görə onun Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

A.İsmayılov da qarşılıqlı olaraq onu məhkəməyə verib./APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
255

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
202

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
289

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
302

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
257

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
538
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 06:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru