Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
15:55
Putini qıcıqlandıracaq daha bir addım: Avropa Ermənistanla sazişi təsdiqlədi

Avropa Parlamentində Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlıq və əlaqələrin genişləndirilməsini nəzərdə tutan saziş barədə səsvermə keçirilib. FaktXəbər "News.am"a istinadən bildirir ki, Avropa Parlamentinin deputatları 573 səs lehinə olmaqla sazişi dəstəkləyib.

Qeyd edək ki, Avropa İttifaqı ilə Erməninstan arasında əməkdaşlığın genişləndirilməsinə yalnız 50 deputat qarşı çıxıb. Qətnamədə bildirilir ki, Ermənistan və Aİ arasında tərəfdaşlıq haqqında yeni saziş əməkdaşlıq planında son nöqtə deyil, daxili islahatlar və onların reallaşdırılması üçün alətdir.
 
Avropa Parlamentinin deputatları Ermənistanı həmçinin KİV azadlığı, vergidən yayınma, çirkli pulların yuyulması, vəzifədən sui-istifadə, korrupsiya ilə mübarizə, məhkəmə orqanlarının müstəqilliyi və azad seçkilərin keçirilməsi barəsində irəliləyişə çağırıb.

"Bu mühüm islahatların səmərəli həyata keçirilməsi, o cümlədən viza rejiminin liberallaşdırılması üzrə dialoqun açılması əməkdaşlığın gələcək perspektivlərini aça bilər",-deyə qətnamədə bildirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
245

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
192

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
268

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
282

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
242

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
523
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 02:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru