Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
15:53
Kuba ilə ABŞ-ı bir-birinə qatan FOTONUN müəllifi müəmmalı şəkildə ölüb

Associated Press-in fotojurnalisti, Pulitser  mükafatının laureatı Alan Dias 71 yaşında müəmmalı şəkildə vəfat edib. FaktXeber.com-un CNN-ə istinadla verdiyi məlumata görə, onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Dias qorxmuş kubalı uşaq  Elian Qonsales və amerikalı məhkəmə icraçısının əks olunduğu ən məşhur fotosuna görə tanınmışdı.

1999-cu ildə Elianın anası onunla birlikdə Kubadan ABŞ-a qaçmağa çalışıb. Lakin gəmi batır, qadın və onunla birlikdə 10 nəfər batır, Elian və daha 3 nəfər isə xilas olaraq Florida sahillərinə çıxa bilirlər.

ABŞ Qanunvericiliyində Kubanı qeyri-qanuni yolla tərk edən və ABŞ sahillərinə çıxa bilən kubalıların ölkədə qala biləcəyi ilə bağlı qanunvericilikdə bilərəkdən boşluq buraxılıb. Uşağın Mayamili qohumları da uşağı saxlamaq istəyirlər. Lakin az sonra məlum olur ki, uşaq atasının izni olmadan ölkədən çıxarılıb. Böyük qalmaqal yaranır, Kuba hökuməti və məhkəmə orqanları Elianın Kubaya – atasına qaytarılmasını tələb edir.

Bundan sonra başlayan ictimai və məhkəmə debatlar  dünya KİV-lərinin nəzərini özündə toplayır. Sonda Federal Məhkəmə Palatası uşağın atasına qaytarılması barədə qərar çıxardır. Mayamidəki qohumlar isə bu qərarla razılaşmır. 

2000-ci ilin 22 aprelində marşallar Elianın dayısının evinə  soxularaq uşağı almağa çalışırlar. 

Məşhur foto da burda çəkilir. Həmin şəkildə məhkəmə icraçısı Heckler & Koch MP5  pistolet pulemyotunu paltar şkafında gizlənən və ağlayan Eliana tuşlaması görünür.

(Müəllifinə Pulitser mükafatı gətirən foto)

Hadisə məhkəmə icraçılarının müəssisədə axtarış aparan zaman  silahdan istifadə etmələri ilə bağlı kəskin diskusiyalara səbəb olmuşdu. 

Bir neçə saat sonra  balaca Elian Qonsales yenidən Kubaya qaytarıldı. 

Hazırda onun 24 yaşı var və adanın ən məşhur adamlarından biri olaraq qalır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 07:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com