- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

“SOCAR Petroleum” QSC Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq sıxılmış təbii qazın (STQ - beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”) satışına başlayıb.
FaktXəbər bildirir ki, bu barədə “SOCAR Petroleum” QSC məlumat yayıb.
CNG-in bir kubmetri 0.45 manat təşkil edir.
Qeyd edək ki, ənənəvi yanacaq növlərindən fərqli olaraq STQ neft deyil, təbii qaz əsasında istehsal olunur. Bununla da təhlükəsiz və ekoloji baxımından təmiz olan STQ yanacağı ənənəvi yanacaq növlərindən həm də qiymət baxımından daha sərfəlidir. Mütəxəssislərin hesablamalarına görə, STQ ilə işləyən avtomobillərin yanacaq sərfiyyatı hər 10 min kilometr məsafə üçün 600 manat vəsaitə qənaət etməyə imkan verə bilər. STQ-yə keçid xərclərini də nəzərə alanda, bu, xüsusilə böyük avtomobil parkına sahib olan şirkətlər üçün daha aktualdır. Nəticədə bununla daşınma məsrəflərinin ümumi xərclərdəki payını azaltmaq mümkündür. Eyni zamanda, ölkəmizin böyük həcmdə olan təbii qaz ehtiyatları STQ-ın yaxın gələcəkdə alternativ mühərrik yanacaq növü olaraq daha geniş tətbiqinə şərait yaradır.
STQ həmçinin, yanacağın ənənəvi növlərindən zəhərli tullantılarının miqdarının daha az olması ilə fərqlənir. STQ-nin istifadəsi zamanı dəm qazının miqdarı 90 faiz, karbon dioksid isə təxminən 24 faiz daha azdır. STQ-nin tərkibində azot və kükürd olmadığı üçün müvafiq təhlükəli tullantıları da yoxdur.
Azərbaycanda istifadəsinə gəlincə, Bakı şəhərində ictimai nəqliyyat fəaliyyəti göstərən "BakuBus" MMC-yə məxsus "IVECO" markalı müasir tipli nəqliyyat növü olan avtobuslar "SOCAR PETROLEUM" QSC-nin Zığ-Hövsan Terminal stansiyasında istehsal olunmuş STQ ilə işləyirlər. Zığ-Hövsan Terminal stansiyası Prezident İlham Əliyevin iştirakı ilə 2015-ci il iyun ayının 3-də istifadəyə verilib. Terminal stansiyanın tikinti-quraşdırma işlərində dünyanın ən müasir və təhlükəsiz texnologiyalarından, əsasən də İtaliya, İsveç və Almaniya istehsalı olan avadanlıqlardan istifadə edilib.
21-02-2019 09:53 SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - AÇIQLAMA
31-01-2019 11:00 SOCAR Gürcüstanda qazın qiymətini artırır
30-01-2019 16:28 SOCAR Kayseri ve Bursanı təbii qazla təchiz edəcək
29-01-2019 14:49 SOCAR neft və qaz hasilatını artırıb
10-01-2019 15:35 Vergilər Nazirliyi və SOCAR birgə məlumat yayıb
26-12-2018 11:16 SOCAR "Qalatasaray"a sponsorluq edə bilər
- 21-02-2019 15:54 Gömrük Kommitəsindən quzu əti AÇIQLAMASI
- 21-02-2019 14:13 "Azərişıq" Bakının Xəzər rayonunda elektrik şəbəkəsini yeniləyir - FOTO
- 21-02-2019 10:31 Azərbaycan Həştərxanda meyvə-tərəvəz qovşağı yaradacaq
- 21-02-2019 09:36 Xarici valyutaların manata qarşı məzənnələri
- 20-02-2019 11:58 Azərbaycan şəkər idxalını kəskin artırıb
- 20-02-2019 09:59 Bakıda Cənub Qaz Dəhlizi Şurasının iclası keçirilir
- 20-02-2019 09:25 Xarici valyutaların manata qarşı məzənnələri
- 19-02-2019 16:27 Azərbaycanda avtomobil benzini istehlakı artıb
- 19-02-2019 14:17 Ötən ay ölkədə 89 minik avtomobili istehsal olunub
- 19-02-2019 12:01 Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb
- 19-02-2019 11:20 Banka getmədən hesab açmaq mümkün olacaq
- 19-02-2019 11:11 Ülvi Mehdiyev "ASAN Finans"dan danışıb
- 19-02-2019 09:58 Fevralın 19-da xarici valyutaların manata qarşı məzənnələri
- 19-02-2019 09:36 Azərbaycanda qaz hasilatı 23% artıb
- 19-02-2019 09:32 Azərbaycan Afrikadan qoyun idxal edəcək
- 18-02-2019 16:49 Sahibkarlara elektron qaydada 5 mindən çox lisenziya verilib
- 18-02-2019 15:39 Azərbaycan şpris istehsalına başlayır - VAXT?
- 18-02-2019 15:12 Sumqayıta 3 milyon manat ayrıldı - Sərəncam
- 18-02-2019 14:37 Nazir Azərbaycanda bahalaşmadan danışdı
- 18-02-2019 14:23 Mikayıl Cabbarov “kölgə iqtisadiyyatı” ilə mübarizədən DANIŞDI
- 18-02-2019 11:57 Azərbaycan ət idxalını kəskin artırıb
- 18-02-2019 11:41 Siqaretlərin qiyməti bahalaşdı
- 18-02-2019 11:33 Azərbaycan və Qətər arasında yeni sazişlər imzalanacaq
- 18-02-2019 11:09 Azərbaycan meyvə-tərəvəz ixracını 40% artırıb
- 18-02-2019 10:54 Azərbaycan avtomobil idxalını 2,5 dəfə artırıb