Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
14:59
2391
Azərbaycan-Pakistan biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Pakistan biznes forumu işə başlayıb.

Tədbiri giriş sözü ilə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov açıb. 

O, iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu və getdikcə inkişaf etdiyini vurğulayıb.

"Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi getdikcə artır. Ticarət münasibətlərinin daha da inkişaf etdirilməsı üçün işçi qrupu yaradılıb. Hazırda Azərbaycanda 267 Pakistan şirkəti fəaliyyət göstərir. Onlar ölkə iqtisadiyyatına 4,2 mln. ABŞ dolları məbləğində investisiya qoyublar. Amma bu rəqəm bütün potensialı əks etdirmir. Pakistanlı sərmayədarlar Azərbaycanda biznesin inkişafı üçün yaradılmış şəraitdən maksimum yararlana bilərlər", - nazir müavini qeyd edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan Pakistan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-03-2019 18:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com