Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
14:54
2253
Prezidentin yaratdığı Komissiya Mingəçevirdədir

Prezident İlham Əliyevin sərəncamı ilə Mingəçevirdəki “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyası yaradılıb.

Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə ölkə başçısına məlumat verməlidir.

Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.

Modern.az-ın məlumatına görə, Dövlət Komissiyasının tərkibinə daxil vəzifəli şəxslər bu gün səhər hadisə yerinə gediblər. 

“Komissiyanın üzvləri hazırda Mingəçevirdə qəzanın baş vermə səbəblərini müəyyən etmək istiqamətində işləyirlər. Nəticələrin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər  həyata keçiriləcək, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verəcəklər”,-deyə hökumətdən bildirilib.

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının tərkibinə aşağıdakı şəxslər daxildir:

Komissiyanın sədri

Baş nazirinin birinci müavini Yaqub Eyyubov

Komissiya sədrinin müavini

Energetika naziri Pərviz Şahbazov

Komissiyanın üzvləri

Daxili işlər naziri Ramil Usubov 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 

Baş prokuror Zakir Qaralov

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev

“Azərişıq” ASC-nin sədri Baba Rzayev

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov

Fizika İnstitutunun direktoru Nazim Məmmədov

Məqalədə : Dövlət Komissiyası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
105

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1712

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
270

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1170

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
338
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 15:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru