Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
12:52
Sumqayıt çimərliyində 14 top mərmisi tapılıb

Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Belə ki, bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 18:14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 11 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 14 ədəd top mərmisi (11 ədəd 85 mm-lik O-365 və 3 ədəd 100 mm-lik OF-415) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 2 000 kv.m əraziyə (500 kv.m yeraltı və 1 500 kv.m yerüstü) baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Çimərlik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 00:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com