Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
12:22
Rusiyalı pilotu öldürən Türkiyə vətəndaşı Gürcüstanda həbs olunub -FOTO

Gürcüstan DİN-i interpol xətti ilə axtarışa verilən Türkiyə vətəndaşının saxlanıldığı barədə məlumatı təsdiqləyib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə yerli «Rustavi-2» telekanalı xəbər yayıb.

Bundan əvvəl Türkiyə KİV-ləri onun 2015-ci ildə Suriyada Su-24-ün pilotunu öldürməkdə şübhəli bilindiyini yazmışdılar.

Saxlanılan şəxs Türkiyə vətəndaşı Serkan Kurtuluşdur. O, hazırda Kutaisidə 2 saylı həbsxanadadır. Məlumata görə, o, iyunun 27-də saxlanılıb. Buna qədər o, Türkiyədəki cinayətləri ilə əlaqədar axtarışda olub.

Bildirilir ki, Türkiyə Respublikası caninin ekstradisiyası ilə əlaqədar Gürcüstan tərəfə sorğu göndərib.

Xatırladaq ki, 2015-ci ilin noyabrın 24-də Rusiyanın Suriyada hərbi əməliyyatları zamanı Türkiyə qırıcısı Oleq Peşkovun pilotu olduğu Rusiyaya məxsus Su-24 təyyarəsini vurmuşdu.

RF prezidenti Vladimir Putin  həlak olan  podpolkovnikə Rusiya Qəhrəmanı adını vermişdi.

2016-cı ilin iyun ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya ismarıc yollayaraq baş verənlərlə bağlı üzrxahlıq edib və iki ölkənin arasında münasibətlərin düzəlməsində maraqlarını ifadə etmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Su-24 pilot 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 04:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com