Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

04 İyul

2018
10:10
2630
`Qarabağ` yeni transferini təqdim edib

"Qarabağ" klubu Danimarka "Randers"indən İslandiya milli komandasının qapıçısı Hannes Halldorssonu transfer edib.

Ağdam təmsilçisinin rəsmi saytı 34 yaşlı qolkiperin fotosunu paylaşsa da, sözləşmə müddəti və detallarını açıqlamayıb. Halldorsson "Randers"in rəsmi saytına açıqlamasında klubunu dəyişmə səbəbini belə izah edib: "Burada keçirdiyim dövrdən çox razıyam. "Randers"də və eyniadlı şəhərdə özümü yaxşı hiss edirdim. Randers gözəl şəhərdir və buradan ayrılmaq asan qərar olmadı. Lakin artıq 34 yaşım var. İndi yeni şeyləri sınaqdan keçirmək və yeni macəra dalınca getmək lazımdır. Klubuma və iki il ərzində birgə olduğumuz hər kəsə minnətdarlıq etmək istərdim. Ümidvaram ki, gələcəkdə "Randers" üçün hər şey daha yaxşı olacaq".

Qeyd edək ki, Hannes Halldorsson Rusiyadakı dünya çempionatında İslandiya millisinin heyətində Argentina ilə görüşdə Lionel Messinin penaltisini dəf etməklə, daha çox diqqət mərkəzinə düşüb.     

Məqalədə : "Qarabağ" 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
59

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
67

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
92

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
990

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1361
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 03:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru