Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
09:30
Bakıda `təcili yardım`ın həkimi `girov` götürülüb

Bakının Qaradağ rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb. Hadisə Səngaçal qəsəbəsində yerləşən daş karxanasının yanında baş verib.

1981-ci il təvəllüdlü Elşad Rəhimov, 1988-ci il təvəllüdlü Elməddin Məmmədov və 1979-cu il təvəllüdlü Qulu Bağırov "Qazel" markalı yük maşını ilə Ağsu rayonuna toya gedən zaman yolda maşın xarab olub.

"Qazel"in sürücüsü Elşad Rəhimov bildirib ki, bu zaman onların yanında tanımadıqları "Kamaz" markalı yük maşını saxlayıb.

Onun sözlərinə görə, E.Rəhimov və digər iki nəfər maşından düşüb "Kamaz"ın sürücüsünə yaxınlaşmaq istəyəndə, hadisə yerinə "Tofaş" markalı avtomobil də gəlib.

Daha sonra "Tofaş" və "Kamaz"da olan naməlum şəxslər heç bir irad bildirmədən küt alətlər vasitəsilə E.Rəhimov, E.Məmmədov və Q.Bağırovu döyərək onlara ağır xəsarətlər yetiriblər. Hadisə yerinə "təcili yardım" maşını çağrılıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Elmar Əliyev yaralılardan birinə qarşı nalayiq ifadə işlədib. Buna görə də, yaralıların qohumları həmin həkimi yanlarında saxlayaraq getməyə qoymayıblar.

Həkim həmin ifadəni işlədən zaman əsəbi olduğunu bildirib:

"Xəstəyə ilkin tibbi yardım göstərdim. Lakin o mənə həmin naməlum şəxslərdən pul aldığımı dedi. Mən səhv edib ona qarşı nalayiq ifadə işlətdim. Səhv etdim, gərək elə söz deməzdim. Səhvimi başa düşdüm, yaralının atasından, qardaşlarından üzr istəyirəm".

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Q.Bağırovun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Hazırda polis əməkdaşları hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparır.(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
273

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
287

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
247

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
528
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 03:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru