Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
09:31
4992
Bakı metrosu bu gün işləməyəcək

03 iyul 2018-ci il tarixində Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranıb. Nəticədə iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb.

Bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC-nin birgə məlumatında öz əksini tapıb.

Məlumatda bildirilib ki, qəfil artan sərnişin sıxlığının aradan qaldırılması, əhalinin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlərin icrasına başlanılıb.

Paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb. Bütün metro stansiyalarının çıxışları, eləcə də Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilər müvafiq marşrut xətləri üzrə əlavə nəqliyyat vasitələri cəlb edilib.

Nəzərdə tutulan tədbirlərin vaxtında və qüsursuz icrasını təmin etmək üçün Bakı Nəqliyyat Agentliyinin mobil qrupları da fəaliyyət göstərib.

Görülən təcili və təxirə salınmaz tədbirlər sayəsində qısa vaxtda metro stansiyaları ətrafında yaranan sərnişin sıxlığı aradan qaldırılıb. Həmçinin Sumqayıt şəhərinə gedən sərnişinlərin daşınması məqsədi ilə 20 yanvar dairəsindən birbaşa marşrut xətti təşkil edilib. 

Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tətərindən iritutumlu avtobuslar cəlb edilib. Gecə saatlarında zərurət olduğu halda müvafiq marşrut xətləri üzrə sərnişinlərin daşınması həyata keçirmək üçün Bakı Nəqliyyat Agentliyinin ərazisində “BakuBus” MMC-yə məxsus nəqliyyat vasitələri hazır vəziyyətdə saxlanılıb.

Məlumatda o da qeyd olunub ki, 4 iyul tarixində  Bakı Metropolitenində bərpa işləri aparıldığından test rejimində fəaliyyət göstərəcək və sərnişinlər üçün bağlı olacaq. Həmin gün paytaxt ərazisindəki digər müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək.

Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC-i koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Məqalədə : Bakı metropoliteni 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
50

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
74

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
147

Körpüdə dayanmağın faciəvi sonluğu - VİDEO

17

Sentyabr
10:18
HÜQUQ,HADİSƏ
168

Çempionlar Liqası başlayır

17

Sentyabr
10:00
İDMAN
180
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 14:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru