Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2018
15:13
Maşının şüşəsini sındıraraq, qızını qaçırdı – VİDEO

Tatarıstanda günün-günorta çağı baş verən hadisə sosial şəbəkəlrəd birmənalı qarşılanmayıb. Zərərçəkənin avtomobilinin videoregistri ilə çəkilən kadrlardan görünür ki, qəzəbli ata keçmiş arvadının və qızının olduğu maşının qabağını kəsir və qadından qapını açmasını tələb edir. Qadının «Get, get» sözləri eşidilir. Bundan sonra kişi qəzəblənir, əvvəlcə avtomobilin alın şüşəsini, sonra isə sürücünün oturduğu yerdə pəncərənin şüşəsini qırır, arxa oturacağın qapısını açır və qızını götürərək ordan uzaqlaşır. FaktXeber.com-un məlumatına görə, hadisə Naberejnıe Çelnı şəhərində baş verib.

Qeyd edək ki, kadrlarda kişinin türk əsilli olduğu görünür. Çünki arxa qapını açarkən ağlayan qızına «Qızım, gəl yanıma» dediyi açıq aydın eşidilir.

Bu kadrlar birmənalı qarşılanmayıb. Belə ki, bəziləri qadının tərəfində dursa da, bir qismi də kişinin tərəfində durub və onun bu hərəkətinin ümidsizliyinin nəticəsi olduğunu bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tatarstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-11-2018 23:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com