Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2018
15:29
3645
Nazirlik: Körpə ölümləri ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Səhiyyə Nazirliyi gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən xəstəxanalarda 100 körpənin ölümü barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova APA-nın sorğusuna cavab olaraq bildirib ki, körpə ölümləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, gecə saatlarında elektrik enerjisinin verilişi dayandıqda, tibb müəssisələrində generatorlar avtomatik işə düşüb və həmin saatlarda xəstəxanalarda yüzlərlə əməliyyat icra olunub.

S. Əhmədova qeyd edib ki, elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən xəstəxanalarda hər hansı ölüm faktı qeydə alınmayıb: “100 körpənin ölümünü necə gizlətmək olar?! Belə bir fakt qeydə alınmayıb”.

Qeyd edək ki, gecə saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb.

12:40

****

Bu gün gecə saatlarında “Azərbaycan” İES-də baş verən qəza zamanı ölkədə doğulan uşaqların sayı barədə məlumat verilmir.

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, statistik hesablamalar altı aydan bir aparılır:

“Axşam baş verən hadisə zamanı doğulan uşaqlar barədə heç bir məlumat verə bilmirik. Amma ötən ilin hesablamasına görə, ölkədə hər gün 400 uşaq doğulur”.

Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, qəza baş verən zaman mərkəzdə uşaqlar doğulmayıb:

“Bilirsiniz ki, bizim mərkəzdə yarımçıq uşaqlar doğulur. Axşam bu cür uşaqlar doğulmayıb. Amma yarımçıq doğulan 20 uşaq mərkəzin reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub. Hamısı sağlamdır. Heç bir ölüm halı qeydə alınmayıb”.

Sevinc Məmmədova qeyd edib ki, mərkəzin generatoru var:

“İl boyu belə vəziyyətlərə hazırıq. İşıqlar kəsilən kimi müəssisə generatorlar vasitəsilə təmin olunur. Hər bir dövlət xəstəxanasında generatorlar var. İşığın olmaması heç bir əməliyyata, doğuşa mənfi təsiri etmir”.

Məqalədə : Səhiyyə Nazirliyi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-07-2018 19:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com