Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2018
11:26
2237
Acmışdıq: Rusiya yığmasınının talismanına çevrilən `kokoşnikli fan`lar danışdı

Ötən bazar  - iyulun 1-də Rusiya ilə İspaniya yığmaları arasında baş verən oyunu əfsanəvi adlandırmaq olar: Rusiya tarixdə ilk dəfə olaraq effektiv penalti seriyasında rəqiblərini məğlubiyyətə uğradaraq Dünya Çempionatında ¼ finala yüksəldi. Lakin bu oyun  təkcə idman nailiyyətləri ilə deyil, həmçinin meydandan kənarda baş verənlərlə də yadda qaldı.

Belə ki, 3 nəfərdən ibarət ailə üzvləri internet memin qəhrəmanlarına çevriliblər. Onlar oyunun ən gərgin vaxtlarında sadəcə hot-doqlarını yeyirdilər. Onların hamısının bəzəkli kokşnikdə (rus qadınlarının ənənəvi saç bəzəyi) olması isə fakta əlavə rəng qatıb.

FaktXeber.com-un məlumatına görə, «Komsomolskaya pravda»gözlənilmədən məşhurlaşan fanatlardan biri – Dmitri Qnatyukla söhbət edib.

«Sözün doğrusu biz özümüzkülər üçün o qədər qışqırmış və azarkeşlik etmişdik ki, penaltidən əvvəl kiçik fasilə zamanı aclığımızı hiss etdik və sosis yeməyə qərara aldıq. Bu səbəbdən xarici görünüşcə sakit şəkildə yeməyimizə davam etdik. Sonra bizi böyük ekranda göstərdilər. Bundan sonra yazdılar ki, qələbədən taam əmin olduğumuz üçün belə sakit olmuşuq. Əlbəttə ki, bu, belə deyildi», - deyə rusiyalı azarkeş bildirib.

O, etiraf edib ki, belə məşhurlaşacaqlarını heç gözləmirdi, ancaq indii bütün ailə  Rusiya yığmasının talismanına çevrilib. DÇ-2018-nin  təşkilatçıları həmin azarkeşlərlə əlaqə yaradıb və Rusiyanın sonrakıoyununa  biletlər hədiyyə ediblər.

«Turnirin  təşkilatçıları, yığmanın talismanı kimi gəlməyimizi xahiş etdilər və Soçidə iyulun 7-də Xorvatiya ilə keçiriləcək oyun üçün biletlə təmin etdilər. Biz imtina eldə bilmərik», - deyə fanat vurğulayıb.

Onun sözlərinə görə, oyunda üçlük yenidən kokşniklərdə olacaqlar:

«Fikir versəniz görərsiniz ki, biz orda ağ, mavi, qırmızı rənglərdə - Rusiya bayrağının rənglərində oturmuşuq. Geyimlər də eyni olacaq. Talismanlarda oyundan əvvəl heç nəyi dəyişmək olmaz. Hər şey olduğu kimi qalmalıdır», - deyə Dmitri əlavə edib.

Məqalədə : kokoşnik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
118

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
96

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1559

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
426
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 03:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru