Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2018
01:34
6842
Mingəçevir SES-də partlayış olub - Yenilənib

Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-nin yarımstansiyasında partlayış nəticəsində yanğın baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, baş vermiş partlayış və ardınca başlayan yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları əraziyə cəlb olunub.

Hadisə bloklardan birində baş verib. Qəza yerinə təcili tibbi yarım xidməti əməkdaşları da gedib. Hazırda ölən və ya yaralananların olması barədə məlumat yoxdur. Stansiya ərazisinə xidməti maşınlardan başqa heç kim buraxılmır.

***

Paytaxt Bakıda və respublikanın əksər digər şəhər və rayonlarında işıqlarının sönməsinə gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.

"Azərenerji" ASC-dən FaktXəbər-ə verilən məlumata görə, "Azərbaycan" İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub. Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır.

Havaların kəskin isti keməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib. Qarşıdakı bir neçə saat ərzində elektrik erjisinin verilişi bərpa olunacaq. "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev qəza nəticəsində bütün ölkədə işıqların sönməsi ilə əlaqədar qurumun dispetçer mərkəzinə gəlib.

Hazırda onun rəhbərliyi altında güclərin ötürülməsi prosesi həyata keçirilir. Bildirilir ki, "Azərenerji" ASC hazırda Gürcüstan və ya Rusiyadan enerji mübadiləsinin aparılması və qəzanın nəticələri aradan qaldırılanadək respublikanın elektrik enerjisi ilə təmin edilməsinə çalışır.

Məqalədə : işıqlar sönüb 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
114

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1722

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
277

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1180

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
345
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 15:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru