Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2018
17:05
1530
Adil Qeybulla tələbələrin rezidenturasından danışıb

Bu il rezidenturada plan yerlərinin sayı 37% azaldılıb. Ötən il müalicə işi fakültəsi üçün 400-dən artıq plan yeri olduğu halda, bu il cəmi 263 yer ayrılıb. Bu isə universiteti həm cari, həm də əvvəlki illərdə bitirən məzunların böyük əksəriyyətinin kənarda qalmasına gətirib çıxarır. Üstəlik, rezidentura mərhələsinə plan yerlərinin imtahanlar keçirildikdən və tələbələr imtahan üçün ödəniş etdikdən sonra açıqlanması da birmənalı qarşılanmayıb.

FaktXeber.com mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulladan münasibət öyrənib.

Hesab edirəm ki, tələbələrin daha geniş tərkibdə rezidunturasının təmin olunması üçün buna çalışmaq lazımdır.

Professor bildirdi ki, tələbələr üçün limit qoyularkən ən azı konkret bal təyin edilməlidir:

"Türkiyədən başqa əksər dövlətlərdə baza tibb təhsil alan şəxslər öz ölkəsində reziduntaraya imtahansız keçirlər. Təkcə Türkiyədə ali məktəbi bitirmənə baxmayaraq, yenə imtahan verməlisən, müəyyən prosedurlardan keçməlisən. Azərbaycana aid bir model yoxdur. Bununla yanaşı limit qoyulanda da məntiqi olmalıdır. Yəni bu qədər tələbənin bayırda qalması real deyil. Tələbələr oxuyurlar, heç olmasa limit qoyulmalıdır ki, bu qədər baldan yuxarı toplamalıdır. Bu daha ədalətli olardı."

Aqil Qeybulla bildirdi ki, əslində Səhiyyə Nazirliyi sifarişlər əsasında bu qərarı verir:

"Çünki rezidantura yerləri, rezudanturaya cavabdeh xəstəxanaların sayı yetərincə deyil ki, bu qədər tələbəni hazırlasın, öyrətsin. Belə prorblemlər var, ona görə səhiyyə naziri belə qərar çıxarıb. Hesab edirəm ki, tələbələrin daha geniş tərkibdə rezidunturasının təmin olunması üçün buna çalışmaq lazımdır. Ən azı aparıcı xəstəxanalardan əsaslarını rezidenturaya cəlb eləmək lazımdır. Məsələn, ABŞ-da 1500 klinika rezidintura üçün fəaliyyət göstərir. Bu qədər fikir verilir."

"Elə bir formul tapılmalıdır ki, tələbələr də görsün ki, obyektiv göstərici budur", - deyə professor sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, Tibb Universitetinin təxminən 70 tələbəsi 29 iyun tarixində Səhiyyə Nazirliyinin binası qarşısında toplaşaraq rezidenturaya plan yerlərinin qəfildən azalmasına etirazlarını bildiriblər və verilən qərarın yenidən gözdən keçirilərək ləğvini tələb ediblər. Tələbələrin qarşısına çıxan Səhiyyə Nazirliyinin nümayəndəsi Səfayə Əhmədova və aparıcı məsləhətçi Təranə xanım onları danışmağa dəvət edib. Tələbələrə bildirilib ki, rezidenturaya qəbul dövlətin həkim mütəxəssisə ehtiyacı və sifarişlərinə görə təyin olunur:

“Bu, Tibb Universitetinin təşəbbüsü və qərarı deyil. Rezidentiranı bitirdikdən sonra həkimlər işlə təmin olunmalıdır. Əgər iş yeri bu qədərdirsə, çox plan yeri ayırmaq mümkün deyil”.

Tələbələr isə o halda niyə bakalavra qəbul imtahanında tibbi ixtisaslar üzrə yüzlərlə plan yerinin ayrıldığını bildiriblər.

Məqalədə : rezidentura Adil Qeybulla 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-07-2018 06:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com