Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2018
15:10
İşğal altındakı abidələrimizin saylarının azaldılmasında kimlər maraqlıdırlar?

İşğal altındakı abidələrimizin saylarının azaldılmasında kimlər maraqlıdırlar?

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycanın böyük sayda qiymətli mədəni irs nümunələri o cümlədən daşınan və daşınmaz tarix və mədəniyyət abidələri qalıb. Məlumdur ki, Sovet dövrü Azərbaycanın indiki işğal olunmuş ərazilərində abidələrin qeydiyyatı səthi aparılmışdır, məhz bu səbəbdən də bu ərazilərdə böyük sayda abidələr dövlət qeydiyyatdan kənarda qalmışdır. Ona görə də Azərbaycanın İşğal altındakı abidələrinin sayı, Azərbaycan tərəfinin rəsmi məlumatlarında gah 679, gah 473, gah da 898 göstərilir. Fakt xəbər internet qəzeti isə birazda qabağa gedərək bu sayı 292 göstərir. http://faktxeber.com/News_h516137.html 

(FaktXəbər olaraq qeyd edək ki, müəllifin bizi ittiham etməsi ədalətli deyil. Belə ki, Azərbaycanın işğal altında qalan muzeylərindən bəhs edən sözügedən xəbərin istinad mənbəyi var və say barədə məlumat verən də Beynəlxalq Muzeylər Şurası prezidenti Suay Aksoydur.)

Ermənistanın Hökuməti Azərbaycan ərazilərini işğal etdikdən sonra o ərazilərdə abidələrin rəsmi qeydiyyatını aparmış və bunun da nəticəsində erməni tərəfin rəsmi məlumatlarında Dağlıq Qarabağ və ətraf ərazilərdəki abidələrin sayı 6000 rəqəmi ilə ifadə olunur. 

Azərbaycan mədəni irsinin həcmini əks etdirən Ermənistanın və Azərbaycanın hazırladıqları bu iki sənəd arasındakı böyük say fərqi istər-istəməz işğal altındakı abidələrimizin sayının dəqiqləşdirilməsini tələb edir. Bunun ölkəmiz üçün vacibliyini nəzərə alaraq Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi, işğal altındakı ərazilərdəki abidələrin sayını dəqiqləşdirməyə çalışdı və məlum oldu ki, Azərbaycanda hətta bu işə məsuliyyət daşıyan təşkilatlar belə işğal altındakı abidələr haqqında dəqiq məlumatlara malik deyillər. Təşkilatın apardığı araşdırmalar nəticəsində Ermənistanın işğalı altındakı ərazilərdəki Azərbaycanın daşınmaz tarix və mədəniyyət abidələrinin 2550-sinin yerini müəyyənləşdirib görüntülərini əldə etmək mümkün olmuşdur. Bu istiqamətdə işlər davam edir.  Bu da onu göstərir ki azərbaycanın işğal altındakı ərazilərində tarix və mədəniyyət abidələrinin sayı kifayət qədər çoxdur. 

Bəs onda Azərbaycanın bəzi Dövlət qurumları və bəzi informasiya orqanları bu rəqəmləri mövcud olduğundan dəfələrlə kiçildirlər. Onda belə bir haqlı sual yaranır bu rəqəmələr hansı mənbələrdən götürülür? Axı Mədəniyyət və Turizm Nazirliyinin 2001-ci ildə çap etdiyi katoloqda işğal altındakı ərazilərdə qalan abidələrin sayı göstərilən rəqəmdən azı iki dəfə çox yəni 879-a yaxındır. Bundan başqa 1651 dövlət qeydiyyatında olmayan cəmi 2550 adda tarix və mədəniyyət abidəsinin yeri və görüntüssü tərəfimizdən müəyyənləşdirilmişdir.  Bunlardan 623-ü yerli əhəmiyyətli, 285-i  ölkə əhəmiyyətli, 13 ədədi Beynəlxalq əhəmiyyətli abidələrdir.

28.01.2011-ci il tarixdə Ermənistanın “Ради Дома” saytı, 29 avqust 2013-cü ildə isə Rusiyanın REGNUM agentliyi Ermənistanın Mədəniyyət Nazirliyinin  rəsmi hesanatında bildirilir  ki, 2011-ci ildən başlayaraq Dağlıq Qarabağda 120 istiqamət üzrə aparılan tədqiqat zamanı bu ərazilərdə 6000 minə yaxın tarix və mədəniyyət abidələri qeydə alınmışdır.  Belə ki,  2000-ci ildə 1700 abidə, 2006-cı ildə 1200 abidə,  2010-cu ildə 289 abidə və 2011-ci ildə isə 361 abidə qeydə alınıb ki bunun da cəmi bərabər olur = 3550-yə. 2012-ci ildə erməni mətbuatı məlumat yaydı ki Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərdəki tarix və mədəniyyət abidələrinin saı 4000  göstərilir. Daha sonralar erməni mənbələrində bu abidələrin 6000 olduğu iddia edilir.

İşğal altında qalan ərazilərimizdəki muzeylərin sayı 23, şəkil qalareyalarının sayı 4-dür. Bu muzey və qalareyalarda 100 mindən çox eksponat qorunurdu. Halbuki İH-nın saytlarında muzey eksponatlarının sayı 40 min göstərilir. Təkcə onu demək kifayətdir ki Kəlbəcər və Xankəndi Tarix və Diyarşunaslıq Muzeylərinin hər birində 30 min eksponat olub. Digər rayonların xatirə muzeylərində 300-500, tarix və diyarşunaslıq muzeylərinin hər birində 5000, şəkil qalareyalarında isə 50-150 eksponat olduğu halda, onların saylarının 103 133-dən azaldılaraq 40 000 göstərilməsi nə məqsəd daşıyır?

Ermənistan  tərəfindən işğal  edilmiş  ərazilərdaə qalan Muzeylər, Dövlət Rəsm Qalareyaları və eksponattların sayları haqqında MƏLUMAT.

S

Adı

Eksponatların sayı

1

Tarix Diyarşunaslıq muzeyi

22591

Xankəndi şəhəri

2

Dövlət Rəsm Qalareyası

174

Xankəndi şəhəri

3

Şuşa tarix muzeyi

5000

Şuşa şəhəri

4

Ü.Hacıbəyovun ev muzeyi

300

Şuşa şəhəri

5

Bül-Bülün ev muzeyi

369

Şuşa şəhəri

6

Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin Şuşa filialı

163

Şuşa şəhəri

7

Qarabağ Dövlət Tarix Muzeyi

500

Şuşa şəhəri

8

Qarabağ Ədəbiyyat Muzeyi

10000

Şuşa şəhəri

9

Mir Möhsün Nəvvabın ev Muzeyi

100

Şuşa şəhəri

10

Dövlət Rəsm Qalareyası

90

Şuşa şəhəri

11

Tarix Diyarşunaslıq muzeyi

2000

Ağdam şəhəri

12

Çörək muzeyi

694

Ağdam şəhəri

13

Qurban Primovun xatirə muzeyi

700

Ağdam şəhəri

14

Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi

500

Ağdam şəhəri

15

Tarix Diyarşunaslıq muzeyi

2290

Ağdərə şəhəri

16

Tarix Diyarşunaslıq muzeyi

5000

Füzuli şəhəri

17

 Xalq Tətbiqi Sənəti Muzeyi

800

Füzuli şəhəri

18

Tarix Diyarşunaslıq muzeyi

3200

Hadrud şəhəri

19

Tarix Diyarşunaslıq muzeyi

3000

Qubadlı şəhəri

20

Dövlət Rəsm Qalareyası

62

Qubadlı şəhəri

21

Tarix Diyarşunaslıq muzeyi

5000

Laçın şəhəri

22

Dövlət Rəsm Qalareyası

50

Laçın şəhəri

23

Sarı Aşığın xatirə muzeyi

500

Laçın rayonu Güləbird kəndi

24

Tarix Diyarşunaslıq muzeyi

32000

Kəlbəcər şəhəri

25

Tarix Diyarşunaslıq muzeyi

2000

Cəbrayıl şəhəri

26

Tarix Diyarşunaslıq muzeyi

6000

Zəngilan şəhəri

27

Daş muzey

50

Zəngilan şəhəri

Cəmi:

103 133

Ağdam, Laçın, Beyləqan, Neftçala, Yardımlı, Cəlilabad, Lənkəran, Kəlbəcər, Şamaxı, Cəbrayıl, Qubadlı, Xəzər, Xətai, Balakən, Biləsuvar, İsmayıllı, Qax, Qobustan, Oğuz, Zaqatala rayonlarının eləcədə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin və AMEA Tarix İnstitunun saytlarında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə məruz qaldığı itki, tələfat və vurulmuş ziyanla bağlı həqiqətə uyğun olmayan, düşmən tərəfin bizim mənbələrimizdən Azərbaycan əleyhinə istifadə edə biləcəyi məlumatlar yerləşdirildiyi barədə geniş izahat vermişdim.  

Təsüf hissi ilə qeyd edirəm ki, son illər Ağdam, Laçın, Beyləqan, Neftçala, Yardımlı, Cəlilabad, Lənkəran, Kəlbəcər, Şamaxı, Cəbrayıl, Qubadlı, Xəzər, Xətai, Balakən, Biləsuvar, İsmayıllı, Qax, Qobustan, Oğuz, Zaqatala rayonlarının eləcədə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Dövlət xüsusi Mühafizə Xidməti İdarəsinin və AMEA Tarix İnstitunun saytlarında heç bir əsası olmayan, həqiqəti əks etdirməyən məlumatların yer alması bizdə ciddi narahatlıq yaradır. Azərbaycanın rəsmi saytlarından dezinformasiyanın yayılması, bizim iddia etdiyimiz Azərbaycan həqiqətlərini Beynəlxalq rəydə  şübhə altına alır. 

 Azərbaycanın İşğal altındakı ərazilərimizdəki mədəni dəyərlərimizin saylarının azaldılmasında kimlər maraqlıdır? – bu  məlumatların yayılması kimlərə sərf edir?

Faiq İsmayılov  

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki 

Tarix və Mədəniyyət Abidələrini  Müdafiə Təşkilatı 

İctimai Birliyinin sədri

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 19:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com