Azərbaycanın işğal altındakı muzeylərinin vəziyyəti araşdırıla bilər

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2018
13:30
2238
Azərbaycanın işğal altındakı muzeylərinin vəziyyəti araşdırıla bilər

Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma apara bilər. Bu barədə ICOM-un prezidenti Suay Aksoy APA-nın Gürcüstan bürosuna açıqlamasında deyib.

O bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanın işğal altındakı muzeylərinin hazırkı durumunu görməzdən gələ bilməz: "ICOM beynəlxalq səviyyəli qeyri-hökumət təşkilatıdır və dünyadakı bütün muzeyləri əhatə edir. Azərbaycan tərəfdən işğal altındakı ərazilərdəki muzeylərlə bağlı müraciət daxil olarsa, ICOM bu istiqamətdə iş apara bilər".

Qeyd edək ki, 1946-cı ildə yaradılmış ICOM-un 137 ölkədən 37 mindən çox üzvü, Azərbaycan və Ermənistan da daxil olmaqla 115 milli və 30 beynəlxalq komitəsi var.

Azərbaycanın işğal altında olan ərazilərində 13 dünya və 292 ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri ilə yanaşı 40 mindən artıq əşyanın toplandığı 22 muzey qalıb.

Məqalədə : muzey 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2018 23:27



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com