Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2018
11:58
XİN: Ermənistan militarist siyasət yürütməkdə davam edir

Ermənistan aqressiv hərbi doktrinaya malikdir və militarist siyasət yürütməkdə davam edir.

FaktXeber.com-un məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin Almaniyada və xarici işlər nazirinin müavininin ATƏT-in təhlükəsizlik konfransında çıxışı ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: "Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə həllində və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasında ən maraqlı tərəfdir. Amma Azərbaycan xalqı və dövləti heç zaman qəbul edə bilməz ki, əraziləri işğal altında qalsın.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu və bu əsnada Ermənistanın gücdən istifadə edərək Azərbaycana qarşı davam edən təcavüzü regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır. Bu azmış kimi Ermənistan aqressiv hərbi doktrinaya malikdir və militarist siyasət yürütməkdə davam edir. Bonn Beynəlxalq Mərkəzinin Militarizasiya İndeksinə görə Ermənistan militarizasiya göstəricisinə görə Avropada birinci və dünyada üçüncü yerdədir. Adam başına düşən gəlirin hərbi məqsədlərə sərf edilməsi göstəricisi Ermənistanda 4.1 faizdir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda bu göstərici 3.6 faizdir. Ermənistanın militarizasiya və silah yarışmasına sərf etdiyi etdiyi vəsait ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllinə yönəldilə bilərdi.

Ermənistan xarici işlər naziri və onun müavini sözdə deyil, əməldə də sülh istəyirsə, onda Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Nə qədər tezliklə bu edilərsə, bir o qədər də tez regionda sülh təmin oluna bilər. Beləliklə, seçim Ermənistan tərəfdədir və görək onlar hansı yolu seçirlər.

Azərbaycan öz ərazisinin müdafiəsi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün müdafiə imkanlarını artırır və artıracaqdır".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 11:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com