Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2018
15:50
“Boeing”in səsdən sürətli yeni sərnişin təyyarəsi hazırlayacaq

“Boeing” şirkəti saatda 6 min kilometr sürətlə uçan səsdən sürətli yeni sərnişin təyyarəsi istehsal etməyi planlaşdırır. FaktXəbər bildirir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.  

Məlumata göə, yeni təyyarə Atlantik okeanı üzərindən təxminən 2 saata uça biləcək. Şirkət rəsmiləri bəyan edib ki, yeni təyyarə hər bir şəxsə bir sutka ərzində okeanın o tayına keçərək geri qayıda bilmək imkanı yaracaq.

Ekspertlərin fikrincə, təyyarənin sınaq nümunəsi ən tez 2023-cü ildə havaya qalxacaq. “Boeing” kompaniyası isə 2030-cu illərin sonlarına qədər müntəzəm reysləri həyata keçirməyi düşünür.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : "Boeing" 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 00:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com