Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2018
15:26
Bəhreyn şiələrinin lideri əməliyyat olundu

FaktXəbər-in "Afkarnews" saytına istinadən verdiyi məlumata görə, ev həbsində olan Bəhreyn İslami Milli Vəfa Cəmiyyətinin sədri, alim Şeyx İsa Qasim əməliyyat olunub. Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasiminin səhhətində ciddi problemlər yarandığı üçün xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki,  bir neçə gün öncə Şeyx İsa Qasimin evi Bəhreyn rejiminin təhlüksəsizlik qüvvələri tərəfindən güclü şəkildə mühasirəyə alınmışdı. Bəhreyn şiələrinin liderinin oğlu  və kürəkəni də təhlükəsizlik  orqanları tərəfindən həbs olunub. Onlar Şeyx üçün dərman gətirərkən saxlanılıblar.

Xatırladaq ki, 2016-cı ilin iyun ayında Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasim Bəhreyn vətəndaşlıqdan çıxarılıb. Şeyx İsa Qasimə qarşı saxta ittihamlar irəli sürülüb. İslami Milli Vəfa Cəmiyyətinin sədri artıq 400 gündür ki, ev həbsindədir. O, ancaq hökumətin izni ilə dərmanlardan istifadə edə və müalicə oluna bilər. 2017-ci ilin noyabr ayında İslam aliminin vəziyyəti pisləşib. Hökumət bundan sonra ona həkim müayinəsini izn vermişdi. Həkimlər təsdiqləmişdilər ki, Şeyx Qasimin həyatı təhlükədədir. O, daxili qanaxmadan əziyyət çəkir.

Məqalədə : Bəhreyn 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
184

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
194

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
266

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
262

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
283

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
322
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 16:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru