Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2018
10:45
Fazil Məmmədovun xəstəliyi bilindi…

Türkiyədəki “American Hastanesi”nə yerləşdirilən eks-vergilər nazir Fazil Məmmədovun səhhəti normaldır.

Bu barədə sabiq nazirin yaxınları məlumat veriblər.

Xəbər verdiyimiz kimi, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb.

Eks-nazirin Türkiyəyə aparılmazdan əvvəl niyə Bakıda yox, Gəncə Beynəlxalq Hospitalında müalicə alması da məlum olub. Xəstəxana personalından saytımıza verilən məlumata görə, klinika F.Məmmədova məxsusdur. Ona görə də səhhətilə bağlı mütəmadi olaraq orada müalicə alıb.

Eyni zamanda, xəstəxanadan F.Məmmədovun pankreatit xəstəliyindən əziyyət çəkdiyi bildirilib:

“Onun qaraciyər serrozundan əziyyət çəkdiyi haqda məlumatlar yalandır. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlandı. Amma onun vəziyyəti ağır deyildi. Sadəcə pankreatit təhlükəli xəstəlikdir. Şükür ki, tez bir zamanda müalicəsi uğurlu alındı. Tam yaxşı vəziyyətdə Türkiyəyə yola salındı, hazırda Türkiyədəki “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır”.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur. Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir. (modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fazil Məmmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 03:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com