Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2018
10:34
2143
Qədim meyvə sortlarının inkişafına dəstək veriləcək

Bu gün Bakıda “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə dövlət qurumları, beynəlxalq  təşkilat və inkişaf agentliklərinin 40-a yaxın nümayəndəsi iştirak edib.

Tədbirdə bildirilib ki, ərazisi və əhalisinin sayına görə Cənubi Qafqaz regionunun ən böyük ölkəsi sayılan Azərbaycan təxminən 5 milyon hektara yaxın əkinçilik ərazisinə malikdir ki, bu torpağın da təxminən 40 faizi fəal şəkildə becərilir: "Torpaq potensialının, genetik bitki mənbələrinin və iqlim şəraitinin zənginliyi ilə tanınan Azərbaycan bitkiçilik və əkinçiliyin təkamül mərkəzlərindən biri hesab olunur. Ümumilikdə, ölkə ərazisində 4500-dən çox çiçəkli, ali sortlu bitki növü və 230-dan çox endemik bitki qeydə alınmışdır. Azərbaycanda bitki istehsalı kənd təsərrüfatı istehsalının demək olar ki, yarısını təşkil edir ki, bunun da qalan yarısı heyvandarlıq məhsulları istehsalının payına düşür. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın genetik bitki ehtiyatları onların aqrobioloji müxtəliflik potensialını təhlükə altında qoyan bir sıra amillərə qarşı həssasdır. Belə ki, burada əkinçilik ekosistemlərinin deqradasiyaya uğraması, torpaq parçalanması və kəskin quraqlıq hallarını qeyd etmək olar".

Qeyd olunub ki, Azərbaycanın aqrobioloji müxtəlifliyinə təhlükə yaradan bu amillərə qarşı mübarizə aparmaq məqsədi ilə BMT-nin İnkişaf Proqramı və Kənd Təsərrüfatı Nazirliyi Qlobal Ətraf Mühit Fondunun maliyyə dəstəyi ilə yeni layihəyə start verib.

Layihə çərçivəsində 2018-2023-cü illər ərzində Azərbaycanda yayılmış mədəni bitkilərin yabanı əcdadlarının və xalq seleksiya sortlarının toplanması, saxlanılması, xəritələşdirilməsi, pasportlaşdırılması, genetik müxtəlifliyinin qiymətləndirilməsi, özək və əlamət kolleksiyalarının yaradılması və onlardan seleksiyada istifadə edərək yeni sortların yaradılması planlaşdırılır. Qədim xalq seleksiyası sortları və yeni yaradılacaq ekoloji təmiz sortlardan davamlı və dayanıqlı istifadəni təmin etmək üçün seçilmiş fermerlərə dəstək göstəriləcək. Bundan başqa, Azərbaycan ərazisində biomüxtəlifliklə zəngin olan ərazilərdə torpaq eroziyasının və deqradasiyanın qarşısının alınması istiqamətində tədbirlər görüləcək. Layihə müddətində aqrobiomüxtəlifliklə məşğul olan alim, mütəxəssis və fermerlərin bilik və bacarığını artırmaq üçün mütəmadi təlimlər keçiriləcək və bu sahə üzrə bəzi təhsil müəssisələrinin bir sıra tədris proqramlarının təkmilləşdirilməsinə dəstək veriləcək.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, genetik ehtiyatlar kənd təsərrüfatının inkişafında, xüsusilə seleksiya proqramlarının icra edilməsində mühüm əhəmiyyətə malikdir. Nazir mədəni bitkilərin yabanı əcdadlarının mühafizəsini və hədəf rayonlarda torpaqların eroziya və deqradasiyasının qarşısının alınması sahəsində planlaşdırılan tədbirləri yüksək qiymətləndirib.

BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndəsi Qulam İsakzai bildirib ki, bitkiçilik və əkinçiliyin inkişafı və ümumiyyətlə bölgələrin iqtisadi cəhətdən inkişaf etdirilməsində əsrlər boyu davam edən ənənələrə malik olan Azərbaycan kimi ölkələrdə kənd təsərrüfatı iqtisadiyyatın diversifikasiya olunmasında mühüm rol oynayır. Q. İsakzai həmçinin vurğulayıb ki, kənd təsərrüfatı, o cümlədən bitki istehsalı və bağçılıq sahələrinə investisiyaları genişləndirməklə, ölkələr ətraf mühiti qorumuş olurlar və bununla yanaşı, aclığın aradan qaldırılması, yoxsulluğun azaldılması və insanların səlahiyyətlərinin artırılmasına müvəffəq olurlar.

Qeyd edək ki, yeni qüvvəyə minmiş layihənin əsas tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutudur.

Məqalədə : Qədim sortlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
558

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
766

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1488

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
167

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1758

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
796

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
227

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
194

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
236

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
198
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 01:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru