Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2018
16:41
`Qarabağ`ın futbolçusu Polşa yığmasına dəstək çıxdı - FOTO

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak Dünya çempionatında uğursuz çıxış edən Polşa millisinə dəstək olub. FaktXəbər bildirir ki, polşalı futbolçu “İnstagram” hesabında paylaşdığı statusla həmvətənlərini milliyə dəstək çıxmağa çağırıb.

“Bu gün Polşa dünya çempionatında sonuncu oyununa çıxır. Çoxları yığmanı tənqid edir. Amma bir şeyi başa düşmək lazımdır ki, bu komanda son illərdə qazandığı uğurlarla bizləri çox sevindirib. Bu gün onların bizim dəstəyimizə heç olmadığı qədər ehtiyacı var. Ona görə də saat 16:00-da (Bakı vaxtı ilə 18:00) göstərməliyik ki, biz təkcə yaxşı günün deyil, həm də pis günün azarkeşləriyik”,-deyə “Qarabağ”ın müdafiəçisi qeyd edib.

Məlumat üçün bildirək ki, Polşa yığması H qrupunda Seneqal və Kolumbiya millilərinə məğlub olub. DÇ-2018-lə vidalaşan Polşa millisi bu gün Yaponiya ilə qarşılaşacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yakub Jezniçak 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 15:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com