Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2018
16:17
Azərbaycan `Leopard` tanklarının istehsalçısı ilə danışıqlar aparır

Almaniyanın  “Rheinmetall” (“Reynmetall”) hərbi sənaye korporasiyası Azərbaycanla əməkdaşlıq barədə danışıqlar apardığını elan edib. Bu barədə “Reuters” yazıb. Düsseldrofda mənzillənmiş şirkət bu barədə ötən gün iyunun 27-də bildirib.

“Biz Azərbaycanla biznes imkanlarını araşdırırıq. Hər iki tərəf əməkdaşlıq imkanlarını araşdırmaq niyyətini elan edib”-şirkət bildirib.

Agentlik xatırladır ki, Ermənistanla olan münaqişəyə görə Azərbaycana 20 ildən çoxdur Almaniya silah embarqosu tətbiq edib. “Reynmetall” isə bildirir ki, Azərbaycanla istənilən sövdələşmə silah təchizatına qoyulmuş embarqoya və ya ixrac nəzarətinə mane olmayacaq.

“Əməkdaşlıq barədə razılaşmada birbaşa deyilir ki, ancaq embarqo qaydalarının təsiri altına düşməyən  xidmətlər və avadanlıqlar təchiz ediləcək” - şirkət bildirir.

“Reynmetall” korporasiyası müxtəlif tipli ağır və yüngül zirehli döyüş texnikası, iriçaplı artilleriya sistemləri, minaatanlar və müxtəlif digər silahlar istehsal edir. Əfsanəvi “Lepopard” tankları da bu şirkət tərəfindən istehsal olunur.

Qeyd edək ki, Azərbaycan silahlanmada şaxələndirmə siyasəti yürüdür və sərt silah embarqosuna baxmayaraq son illər bəzi Avropa ölkələri ilə əməkdaşlıq yarada bilib. Azərbaycanın Çexiya istehsalı olan və İsraildə modernləşdirilmiş “Dana” özüyeriyən qaubitsalarını və “Vampir” reaktiv yaylım atəşi komplekslərini alması Ermənistanda şok yaratmışdı. Habelə Azərbaycan İtaliyanın hərbi-sənaye korporasiyası, geniş çeşiddə müasir silah sistemləri istehsal edən “Leonardo” şirkəti ilə yüksək səviyyədə əməkdaşlıq qurub və danışıqlar aparır. Bu günlərdə isə Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına Amerika istehsalı olan “Bell-412” hərbi-nəqliyyat vertolyotlarının daxil olması ermənilər üçün daha bir pis sürpriz olmuşdu./Virtualaz

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 02:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com