Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2018
15:20
Məşhur filmlərdən PƏRDƏARXASI maraqlı məqamlar FOTO-VİDEO

Filmlər bizə uzaq dünyalara səyahət etməyə, fantastik  hekayələri və heyranedici personajları öyrənmək – bir sözlə yeksənək həyatdan qopmaq imkanı verir. Bəzən hətta kino və aktyorların rol oynadığını unudur, ancaq ekran qaralarkən və titrlər görünərkən real həyata qayıdırıq.

Real həyatda kadr arxasında isə çəkiliş zamanı bir sıra maraqlı məqamlar olur. FaktXeber.com həmin məqamlardan bəzilərini təqdim edir.

"Qalaktikanın mühafizəçiləri" ("Guardians of the Galaxy")

Xəstəxanada uşaqları ziyarət etmək və onlara sevinc gətirmək üçün Kris Pratt Ulduz Lordunun kosmtyumunu gizlicə çəkiliş meydanından çıxarırdı.

"Dallaslı alıcılar  klubu" ("Dallas Buyers Club")

Filmin büdcəsi o qədər aşağı idi ki, qrim üçün cəmi 250 dollar ayrılmışdı. Vizajistlərin bu şəraitdə çalışmalarına baxmayaraq  film makiyaj və saç düzümünə görə "Oskar" mükafatına layiq görülüb.

"Stiver Hokinqin dünyası" ("The Theory of Everything")

Eddi Redmeyn tərəfindən icra edilən rol barədə  filmin rejissoru  Ceyms Marşa ünvanlanan məktubunda Stiven Hokinq bildirib ki, kinoda bəzi məqamlarda o, özü barədə videoya baxdığını düşünüb.

Bundan başqa alim çəkiliş üçün Fəxri Kavaler Ordenini, həmçinin öz səs yazısını və rekvizit kimi öz tərəfindən yazılan  elmi tezisləri göndərmişdi.

"Xaç atası" (The Godfather)

Səhnənin əvvəlində Marlon Brando əlində Frensis Ford Koppolanın  Paramonunt studiyasının pavilyonundan tapdığı pişiyi tutur. Orijinal səhnədə bu yoxdur. Yeri gəlmişkən aktyorun əlində oturmaq pişiyin o qədər xoşuna gəlmişdi ki, o daim miyoldayır və Brandonun dialoqunu kəsirdi. Məcbur eyni səhnə dəfələrlə çəkilib.

"Armaqeddon" ("Armageddon")

NASA-da təlim proqramında yeni üzv olanlara bu film göstərilir ki, onlar daha çox səhv tapsınlar. Hələ ki, rekord 68 səhvdir.

"Matritsa" ("The Matrix")

Xoreoqraf drak kung-fu Yuan Xepin öz qiymətini qaldırmaq üçün ilk əvvəl filmdə  işləməkdən imtina edib. Lakin bu plan işə yaramır. Onda o, yerinə yetirilməsi mümkün olmayan hesab etdiyi tələb irəli sürür: döyüş səhnələri ila bağlı hər şeyə tam nəzarət etməlidir və aktyorların çəkilişdən əvvəl 4 aylıq hazırlıq məşqlərindən keçməlidir. Vaçovskilər şərtlə razılaşırlar.

"Azad Olunmuş Canqo" ("Django Unchained")

Leonardo Di Kaprio səhnənin birində masaya əli ilə vuranda, təsadüfən stəkanı sındırır və əlini yaralayır. Lakin aktyor əlindən sürətlə axan qana fikir vermir və səhnə bitənə kimi obrazda qalır. "Çəkildi" komandasından sonra Di Kaprio ayaqüstə alqışlanır.

Kventin Tarantino oyundan o qədər təsirlənir ki, səhnə final versiyaya salınır.

"Forrest Qamp" ("Forrest Gump")

Tom Henksə bu filmə görə qonorar verilməyib. Bunun müqabilində o kassa yığımından faizləri götürməyi seçir və nəticədə 40 milyon dollar qazanır.

"Üzüklərin hökmdarı" ("The Lord of the Rings")

Çəkiliş üçün aktyorlar tez-tez  Yeni Zellandiyanın ucqar məntəqələrinə helikopterlə uçmalı olurdular. Boromir rolunu oynayan Şon Bin uçmaqdan qorxurdu və ancaq ən vacib anda helikopterdən istifadə edirdi. Qarlı dağda "Üzük qardaşlığı" səhnəsi çəkilərkən aktyor çəkiliş meydanına getmək üçün hər gün 2 saat dırmanırdı. Digər aktyorlar isə helikopterlə gedərkən onu müşahidə edirdilər.

"Şindlerin siyahısı" ("Schindler's List")

Həmin dövrə aid 20 min kostyumu toplamaq üçün kostyum üzrə rəsam Polşa qəzetində  studiyaya hərbi geyim ehtiyacı barədə elan qoyur. 90-cı illərdə  Polşada iqtisaji vəziyyət ağır olduğundan  yerli sakinlər böyük məmnuniyyətlə  1930-1940-cı illərdə geyinilən geyimləri studiyaya satırdılar.

"Con Uik – 2 " (John Wick-2)

Kianu Rivz tryukların 95 faizini özü yerinə yetirib. Rol üçün aktyor 3 ay məşq edib və cüdo, braziliya ciu-citsu öyrənib, atış və ekstremal avtomobil sürməyi mənimsəyib.

"İnterstellar" ("Interstellar")

Qarğıdalı sahəsindəki səhnəni Kristofar  Nolan  həqiqi sahədə çəkmək istəyib, lakin qarğıdalının böyüməyi üçün nə qədər özləniləcəyi məlum deyildi. Onda o, rejissor  "Polad adam" filmi üçün qarğıdalı sahəsi becərən Zan Snayderə müraciət edir. Çəkilişdən sonra onlar əla məhsul toplayır və yaxşı qiymətə satırlar.

"Terminator"

Bir dəfə çəkiliş arası fasilədə  Arnold Şvartsneqqer Los Ancelesdə kafelərin birinə narah etmək üçün yollanır. Lakin kafedə müştəriflərin və ofisiantların ona qəribə baxdığını gördükdə başa düşür ki, Terminator qrimində – bir gözlü və robot çənəsi ilə kafeyə girib.

"Narniya gündəlikləri: Aslan, cadugər və dolab" ("The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe")

Mister Tumnusun görünüşə fonarın yanında dayanmış gənc aktrisa  Corciya Henlinin reaksiyası həqiqidir. Qızcığaz öz həkmarı Ceyms Makevoyu çəkilişdən əvvəl qrimdə görməmişdi.

Aktrisanın  Narniyanın  qarlı dünyasına reaksiyası da həqiqidir. Çəkiliş yerinə o, gözübağlı aparılıbmış.

"Sağ qalmış" ("The Revenant")

Çəkiliş üçün Leonardo Di Kaprio əsl çiy bizon ciyəri yeyir. Akytor həmçinin  muşketdən atəş açmağı, ocaq qalamağı, iki hindu dilində danışmağı və qədim loğmanlıq texnikalarını öyrənir. Di Kaprio bu rolu  karyerasının ən çətin  rolu adlandırıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kino 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 18:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com