Azərbaycanda ilahiyyatçıların bazası yaradılır

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2018
12:05
1872
Azərbaycanda ilahiyyatçıların bazası yaradılır

"Yeni tədris standartlarının hazırlanması ilə bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılır və yaxın gələcəkdə yekun qərar qəbul ediləcək".

Bunu İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədov "Dini təhsil: mövcud vəziyyət və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, yeni dərs vəsaitləri də hazırlanacaq: "Çünki hazırda bu sahədə olan dərsliklər türk dilindədir. Eyni zamanda, ilahiyyətlə bağlı dərs vəsaitinin hazırlanması əsas məqsədlərdən biridir".

O qeyd edib ki, institutda çalışacaq hər bir müəllimin fəaliyyəti dəst ilinin sonunda qiymətləndiriləcək: "Nəticələr qənaətbəxş olmasa o, başqa müəllimlə əvəz ediləcək. Senzuranı güclü qurmaq lazımdır ki, nəticə də uğurlu olsun".

Rektor əlavə edib ki, ilahiyyatçıların bazası yaradılır və bu istiqamətdə işlər görülür.

Qeyd edək ki, ilk yeni tədris ili üçün İnstitutda 60 tələbə qəbulu planlaşdırılır.

Məqalədə : İlahiyyat inistitutu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2018 23:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com