Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2018
10:53
Qarabağla bağlı reklam lövhələrinə icazə veriləcəkmi?

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qarabağ sosial reklamları ilə bağlı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadova müraciət etdi.

QAT mətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumat deyilir: “İyirmi beş ilə yaxındır ki, ölkəmizin ərazisinin 20 % Ermənistanın işğalı altındadır. Dövlətimiz bu illər ərzində danışıqları davam etdirərək beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri səbrlə yerinə yetirmiş, beynəlxalq hüquq normalarına  hörmət nümayiş etdirmişdir. Bu müddət ərzində yetişən gənc nəslin qan yaddaşında XX yüzilliyin sonlarında mənfur qonşularımızın işğalçılıq siyasətinin mahiyyətini  həkk etdirmək, ən azından işğalçılığın unudulmaması üçün həm dövlət orqanları, həm də vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm vəzifələr düşür. QAT bir təşkilat olaraq bütün imkanlarından istifadə edərək əhalimizin müxtəlif səviyyəli təbəqələri arasında maarifləndirmə işi aparır. Paytaxtımız Bakı şəhərində Qarabağ faciələrini özündə ehtiva edən reklamların olmaması bir ictimai qurum kimi bizi çox narahat edir. Bu fikrimizdən irəli gələrək 15 iyul 2015-ci ildə qəbul edilmiş “Reklam haqqında Azərbaycan Respublikasının Qanunu”nun 10.4 maddəsinə əsaslanaraq Sizdən  Qarabağ hadisələrini göstərən reklamların şəhərdə və digər yol verilən ərazilərdə yerləşdirilməsinə şərait yaradılmasını xahiş edirik."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 21:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com