Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2018
09:49
Bakıda Əfqanıstan üzrə Təmas Qrupunun iclası başlayıb

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclası başlayıb.

Toplantıda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, Beynəlxalq Təmas Qrupuna üzv olan ölkələrin və beynəlxalq təşkilatların 90-na yaxın nümayəndəsi iştirak edir.

Eyni zamanda Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də tədbirə qatılmaq üçün Bakıya gəliblər. 

İclasda Əfqanıstanın və yerləşdiyi regionun inkişafına töhfə verilməsi məsələsinə dair müzakirələr aparılır.

Qeyd edək ki, Beynəlxalq Təmas Qrupu 2009-cu ildə yaradılıb və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Əfqanıstanla birlikdə Almaniya Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

Xatırladaq ki, Azərbaycan Respublikası Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 2017-ci ilin dekabrın 1-də Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bakı Əfqanıstan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 12:18



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com