DÇ-2018-də ŞOK: Almaniya 80 ilin antirekordunu vurdu

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyun

2018
22:07
1995
DÇ-2018-də ŞOK: Almaniya 80 ilin antirekordunu vurdu

Bu gün DÇ-2018-də F qrupunda mübarizəyə yekun vurulub.

İsveç yığması Meksikanı 3:0 hesabı ilə məğlub edib.

Qrupun digər matçında Cənubi Koreya Almaniyadan üstün olub – 2:0. Beləliklə, Meksika və İsveç 1/8 finala vəsiqə qazanıb, Almaniya və Cənubi Koreya  isə mübarizəni dayandırıb.

Dünya çempionatı

III tur

27 iyun

F qrupu

Cənubi Koreya – Almaniya - 2:0

Qollar: Kim Yonq Qvon, 90+4, Son Hun Min, 90+6

Kazan. “Kazan Arena”

Meksika – İsveç - 0:3

Qollar: Avqustinsson, 50, Qranqvist, 62 (pen.), Alvarez, 74 (avtoqol)

Yekaterinburq. “Yekaterinburq Arena”

***

Qeyd edək ki,  Rusiyada keçirilən dünya çempionatında son dünya çempionu olan Almaniyanın qrup mərhələsini keçə bilməməsi çoxları üçün gözlənilməz şok oldu. Almaniya bu nəticəni bir dəfə də  80 il öncə  1938-ci il mundialında təkrarlayıb.

Amma Almaniya ilə eyni aqibəti yaşayan dünya çempionları da olub.

Belə ki, Fransa, İtaliya və İspaniya da çempion olduqdan sonrakı mundialda qrup mərhələsində qalmışdı.

Fransa milli komandası 1998-ci ildə dünya çempion olsa da, 2002-ci ildə qrupdan çıxa bilməyib.

2006-cı ildə dünya çempionu olan İtaliya 2010-cu il mundialını qrup mərhələsində dayandırmalı olub.

2010-cu ildə dünya birincisi olan İspaniya da 4 il sonra qrupdan çıxa bilməyib.

Məqalədə : DÇ-2018 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 19:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com