AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı açıqlanıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyun

2018
15:53
1662
AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakın bu ilin sentyabrında Azərbaycana səfər edəcək.

Bu barədə açıqlamasında həmməruzəçinin özü məlumat verib. 

Onun sözlərinə görə, səfər çərçivəsində bir sıra dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, S.Şennakla birlikdə Azərbaycana səfəri nəzərdə tutulan AŞPA-nın digər həmməruzəçisinin qurumun hazırda Strasburqda keçirilən yay sessiyasında seçiləcəyi gözlənilir.

Xatırladaq ki, AŞPA Sezar Florin Predanı qurumun Azərbaycan üzrə həmməruzəçisi vəzifəsindən kənarlaşıdırıb. Onu əvəzləyəcək yeni həmməruzəçinin isə Avropa Şurası Komitəsinin mayın 29-da Parisdə keçiriləcək qapalı iclasında seçilməsi planlaşdırılırdı. Seçkilərin təxirə salınmasına səbəb bu vəzifəyə hələlik hansısa bir namizədin müəyyənləşməməsi olub.(Report)

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2018 23:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com