İlham Əliyev ilk dəfə Naxçıvan əməliyyatından danışdı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyun

2018
13:20
1857
İlham Əliyev ilk dəfə Naxçıvan əməliyyatından danışdı

Ötən ay Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusu əməliyyat keçirib və bunun nəticəsində 90-cı illərin əvvəllərində düşmən tərəfindən işğal edilmiş ərazimizin 11 min hektarı azad edilib. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi.

FaktXəbər-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə keçirilmiş hərbi paraddakı çıxışında Ali Baş Komandan İlham Əliyev bəyan edib.

Prezident əlavə edib ki, Azərbaycan sözügedən ərazidən böyük mühəndislik və kəşfiyyat işləri aparıb.

"Biz strateji yüksəklikləri götürdük. İndi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvanda əməliyyatı göstərdi ki, Azərbaycan ordusu istənilən vəzifənin öhdəsindən gələ bilər və gəlir də", - İlham Əliyev bildirib.

Qeyd etmək lazımdır ki, bu il Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 100 il ötür. Milli Ordumuz ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra 1918-ci il iyunun 26-də yaradılıb.

Müstəqillik əldə etdikdən sonra isə prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələr günü elan edilib və qeyri-iş günü hesab olunur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2018 23:27



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com