Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyun

2018
10:45
İspaniya Rusiya ilə, Portuqaliya isə Uruqvayla qarşılaşacaq

Rusiyada keçirilən DÇ-2018-də A və B qruplarında oyunlar yekunlaşıb. A qrupunda bu matça qədər artıq 1/8 finala vəsiqəni təmin etmiş iki komanda Uruqvay və Rusiya liderlik üçün yarışıblar. Cənubi amerikalılar meydan sahiblərinə futbol dərsi keçiblər - 3:0. 

Qrupun digər oyununda isə Səudiyyə Ərəbistanı Misiri məğlub edərək Salah və dostlarını evə xalsız yollayıblar.

B qrupunda isə vəziyyət fərqli idi. 1/8 finala şansı davam edən 3 yığma gərgin mübarizəyə giriblər. Hər iki matç heç-heçə bitdiyindən daha müsbət top fərqinə malik olan İspaniya lider, Portuqaliya isə ikinci olub. 

Uruqvay - Rusiya - 3:0

Qollar: Suares, 10, Çerışev, 23 (öz qapısına), Kavani, 90+2

Səudiyyə Ərəbistanı - Misir - 2:1

Qollar: Əl-Fərəc, 45+6 (pen.), Əl Davsari, 90+5 - Salah, 22

İspaniya - Mərakeş - 2:2

Qollar: İsko, 19, Aspas, 90 Butaib, 14, En Nesri, 81

İran - Portuqaliya - 1:1

Qollar: Ansarifard, 90 (pen.) - Quarejma, 45

Səudiyyə Ərəbistanı - Misir - 2:1

Qollar: Əl-Fərəc, 45+6 (pen.), Əl Davsari, 90+5 - Salah, 22

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DÇ:2018 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 23:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com